Məhkəmə qərarları › İş №3(003)-107/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-107/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-107/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il oğlu idarə etdiyi Bərdə rayon Mərkəzi Xəstəxanaya məxsus “X3 111CDİ” xüsusi təyinatlı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərkəz Şəhər istiqamətindən, Mərdəkan qəsəbəsi istiqamətində aeroport şosesi ilə 4 zolaqlı yolun sağdan 1-ci zolağı ilə saatda 60 km sürətlə hərəkətdə edən zaman fikri qarışdığı səbəbindən qarşıda yolun sağ tərəf kənarında qəza işıqlarını yandırıb tam dayanmış vəziyyətdə olan “Mersedes ML” markalı avtomobilin dayanmasına fikir verməyərək, idarə ediyi avtomobil ilə “Mersedes ML” markalı avtomobilin arxa hissəsinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir və baş vermiş yol nəqliyyat hadisəsi zamanı əlaqədar “Mersedes ML” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cəfərov X1 dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta törətmiş Şəxs ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Mərkəzi Xəstəxanasında sürücü işləməyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirərək barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs Gülhüseyin oğlu və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə Zərərçəkmiş şəxs Gülhüseyin oğlunun və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 1346 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Gülhüseyin oğlunun məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının postravmatik hemartozu, sol dizin, sol baldırın sıyrıqları, sol dizin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi Bərdə rayon Mərkəzi Xəstəxanaya məxsus “X3 111CDİ” xüsusi təyinatlı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərkəz Şəhər istiqamətindən, Mərdəkan qəsəbəsi istiqamətində aeroport şosesi ilə 4 zolaqlı yolun sağdan 1-ci zolağı ilə saatda 60 km sürətlə hərəkətdə edən zaman fikri qarışdığı səbəbindən qarşıda yolun sağ tərəf kənarında qəza işıqlarını yandırıb tam dayanmış vəziyyətdə olan “Mersedes ML” markalı avtomobilin dayanmasına fikir verməyərək, idarə ediyi avtomobil ilə “Mersedes ML” markalı avtomobilin arxa hissəsinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir və baş vermiş yol nəqliyyat hadisəsi zamanı əlaqədar “Mersedes ML” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cəfərov X1 dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar