Məhkəmə qərarları › İş №3(003)-1070/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1070/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1070/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 15 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 9221 Avro məbləğində vəsaiti 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 9221 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC ilə Gürcüstanda fəaliyyət göstərən «CNN Caucasia LLC» şirkəti arasında kənd təsərrüfatı avadanlıqlarının alınması məqsədi ilə 20/126-CN-AZF-A nömrəli, 01 may 2020-ci il tarixli müqavilə bağlanmışdır. Şəxs MMC həmin müqaviləyə əsasən «CNN Caucasia LLC» şirkətinin bank hesabına "xxxx" ASC vasitəsi ilə avans yolu ilə 50 faiz, yəni 9221 Avro pul ödəmişdir. Həmçinin "xxxx" ASC və "xxxx" ASC vasitəsi ilə cəmi 6.071.250 Avro pul köçürülmüşdür. Bu pulun müqabilində 6.071.250 Avro dəyərində kənd təsərrüfatı avadanlıqları 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və bununla bağlı müvafiq gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «CNN Caucasia LLC» şirkəti arasında bağlanmış 20/126-CN-AZF-A nömrəli, 01 may 2020-ci il tarixli müqavilədən görünür ki, satıcı 180 gündən gec olmayaraq avadanlıqları alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan müqaviləyə 1 №-li əlavədən görünür ki, ümumi məbləğ 6.071.250 Avro müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «CNN Caucasia LLC» şirkətinin xeyrinə 20/126-CN- AZF-A nömrəli, 01 may 2020-ci il tarixli müqaviləyə əsasən 12 iyun 2020-ci il tarixdə 9221 Avro məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli, **********5316 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMCnin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli, **********5462 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMCnin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 22 iyun 2020-ci il tarixli, **********5248 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMCnin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 02 avqust 2020-ci il tarixli, **********5387 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 02 avqust 2020-ci il tarixli, **********5388 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 02 avqust 2020-ci il tarixli, **********5389 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 05 avqust 2020-ci il tarixli, **********9224 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli, **********0026 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli, **********0035 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2020-ci il tarixli, **********5357 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2020-ci il tarixli, **********5369 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 25 avqust 2020-ci il tarixli, **********9922 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 485700 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2020-ci il tarixli, **********4787 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «CNN Caucasia LLC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən göndərilmiş 242850 Avro məbləğində mallar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən «CNN Caucasia LLC» şirkəti ilə arasında bağlanmış 20/126-CN-AZF-A nömrəli, 01 may 2020-ci il tarixli müqaviləyə əsasən həmin şirkətin bank hesabına "xxxx" ASC vasitəsi ilə avans yolu ilə 9221 Avro pul ödəmişdir. Həmçinin 01 may 2020-ci il tarixli müqavilənin 1 №-li əlavəsinə əsasən cəmi 6.071.250 Avro pul köçürmüşdür. Bu pulun müqabilində 6.071.250 Avro dəyərində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və bəyan edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar