Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1072/2023 25.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 17 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1640/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə 9804,70 manat məbləğində pul, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla cəmi 10134,70 manat məbləğində pul tutulmalıdır. Şəxs həmin icra sənədinin icrasından qərəzli boyun qaçırmış, bununla da X.N.Əhmədov Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov inzibati xəta haqqında 17 may 2023-cü il tarixli MN № ******* saylı protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. Bundan başqa, borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. İcra sənədi üzrə borclu heç cir ödəniş etməmişdir. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarları qəbul edilmişdir. Qeyd olunan icra sənədi üzrə borcu ödəmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında 17 may 2023cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və 17 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borclu borcu ödəməkdən ötrü ona vaxt verilməsini xahiş etmiş, onun xahişi nəzərə alınaraq, məhkəmə iclası 23 may 2023-cü il tarixə təxirə salınmışdır. Borclu qeyd olunan tarixdə məhkəmə iclasına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılaraq iş üzrə icraat dayandırılmış və həmin qərar icra olunması üçün Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən bu gün – yəni 25 sentyabr 2023-cü il tarixdə məhkəməyə gətirilmişdir. Göründüyü kimi, borclu həmin hərəkəti ilə icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bunun nəzərə alınaraq borclunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmənin 17 may 2023-cü il tarixli iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, uzun müddət işsiz olduğuna görə borc məbləğindən heç bir ödəniş edə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Hazırda işləmədiyi və maddi imkansızlığı üzündən borc məbləğindən hələlik ödəniş edə bilmir, məhkəmə tərəfindən ona vaxt verilərsə, borcundan ödəniş edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xahişi nəzərə alınaraq, məhkəmə iclası 23 may 2023-cü il tarixə təxirə salınmışdır, lakin o, qeyd olunan tarixdə məhkəmə iclasına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılaraq iş üzrə icraat dayandırılmış və həmin qərar icra olunması üçün Xəzər RPİ-nin 1ci Polis Şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən 25 sentyabr 2023-cü il tarixdə məhkəməyə gətirilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 25 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, hazırda işləmir, himayəsində üç azyaşlı uşağı vardır, maddi imkansızlığı üzündən hələlik ödəniş edə bilmir, buna görə də məhkəməyə gəlməkdən yayınır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə inzibati xəta haqqında MN № ******* saylı protokol 17 may 2023-cü il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və 17 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında borclu borcu ödəməkdən ötrü ona vaxt verilməsini xahiş etmiş, onun xahişi nəzərə alınaraq, məhkəmə iclası 23 may 2023-cü il tarixə təxirə salınmışdır. Borclu qeyd olunan tarixdə məhkəmə iclasına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılaraq iş üzrə icraat dayandırılmış və həmin qərar icra olunması üçün Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmiş, polis əməkdaşları tərəfindən borclu 25 sentyabr 2023-cü il tarixdə məhkəməyə gətirilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 25 sentyabr 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, hazırda işləmir, himayəsində üç azyaşlı uşağı vardır, maddi imkansızlığı üzündən hələlik ödəniş edə bilmir, buna görə də məhkəməyə gəlməkdən yayınır. Göründüyü kimi, inzibati xətanın törədildiyi gün 17 may 2023-cü il tarixdən əvvəl olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, inzibati xətanın törədildiyi günü 17 may 2023-cü il tarixdən əvvəl hesab edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən inzibati xətanın törətdiyi gündən hazırda dörd aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1072/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1072/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver