Məhkəmə qərarları › İş №3(003)-1073/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1073/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1073/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs İmanova (Zeynalova) Nərminə Nəbi qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3783/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşaq üçün cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Digər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2377/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İcra sənədləri əvvəl başqa icra məmurunun icraatında olmuş, 2024-cü ilin yanvar ayından onun icraatındadır. Bu müddətdə ərzində icra sənədləri üzrə yaranmış borc ödənilməmiş, icradan yayındığına barəsində axtarış elan olunmuşdur. İcra işində olan qəbzlərə əsasən Şəxs tərəfindən icra sənədləri üzrə bu günə kimi 2940 manat ödəniş aparılmış, halbuki hər iki icra sənədi üzrə ümumilikdə 22984 manat pul ödəməlidir. Bildirdiyinə görə tələbkarın özünə bir başa ödəniş etmişdir. Tələbkarın bildirdiyinə görə 2000 manat məbləğində ödənişlər aparmışdır. Həmin ödəniş ümumi borcdan çıxıldıqdan sonra 18000 manat ödənilməmiş borcu qalmışdır. Sonuncu dəfə may ayında 180 manat ödəniş etmiş, ondan əvvəl uzun müddət ödəniş etməmişdir. Ödəməməsinə səbəb kimi işləmədiyinə görə ödəniş edə bilmədiyini bildirir. Məhkəmə iclasında zərər çəkmiş şəxs İmanova (Zeynalova) Nərminə Nəbi qızı izahatında bildirdi ki, təxminən bir il əvvəl Şəxs ilə aralarında razılıq əldə edilmişdir ki, o, özünə məxsus evi satacaq və əldə etdiyi pula aliment borcunu ödəyəcəkdir. Lakin verdiyi vədə əməl etməmişdir. Ona görə barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, işləmədiyindən ödəniş edə bilmir. Sonuncu dəfə 80 manat, ondan əvvəl isə 100 manat ödəniş etmişdir. İzahatında həmçinin bildirdi ki, bir il əvvəl 42000 manat ev almış, bir otaqlı evdir və orada özü yaşayır. Zərərçəkmiş şəxs razılaşsa həmin evi satıb aliment borcunun ödəyər. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3183 saylı, xx.xx.2017-cu il tarixli icra vərəqəsi üzrə hər ay 272 manat, 2(003)-2377 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqə üzrə hər ay 300 manat aliment Şəxs tələbkar Nərmin Zeynalovaya ödəməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3783/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabil pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X8 3 yaşına çatanadək cavabdeh Şəxs hər ay 20 manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmalıdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2377/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3783/2017 saylı, 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 03 oktyabr 2006-ci il təvəllüdlü X7 və 09 yanvar 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1874/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, Şəxs icra sənədləri üzrə ödəməli olduğu aliment məbləğlərini vaxtı-vaxtında ödəmədiyindən onun cəmi 18000 manat məbləğində borcu yaranmış və həmin borcun ödənilməsinin ondan tələb olunmasına baxmayaraq o, həmin borcu ödəməkdən yayınmışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra məmuru tərəfindən icra şöbəsinə gəlməsi barədə çağırışlarından yayındığına görə barəsində bir neçə dəfə axtarış elan olunmuşdur. Həmçinin icra işindən görünür ki, Şəxs, əvvəllər də icra sənədləri üzrə tələbin ödənilməsindən yayındığına görə o, məhkəmə qərarı əsasında inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan başqa müəyyən olunur ki, icra sənədlərinin verilməsi tarixi xx.xx.2017-ci və xx.xx.2021-ci il tarixlər olmasına baxmayaraq Şəxs, həmin icra sənədləri üzrə vaxtıvaxtında hər hansı bir məbləğdə ödənişlər etməmiş, yalnız müəyyən vaxtlarda ödəniş etməklə hal-hazıradək ödəməli olduğu 22984 manat aliment məbləğindən cəmi 4940 manat ödəniş etmişdir. Bununla da müəyyən olunur ki, Şəxs icra sənədləri üzrə yaranmış borcunu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, icra sənədləri üzrə tələblər iki uşaq üçün ödənilməli olan alimentdən ibarət olmaqla həmin alimentin ödənilməməsi üçün onun tərəfindən üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında Şəxs tərəfindən əməlindən peşman olmasını bildirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda isə məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olmasının bildirməsi məsuliyyətdən yayınmaq üçün ifadə olunan cümlədən ibarətdir. Belə ki, onun tərəfindən əməlindən səmimi peşmançılıq hissi keçirməsini göstərən hər hansı bir addım atılmamışdır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, əvvəllər də eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini, nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X9 X2 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar