Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1075/2021 18.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli, 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokollardan görünür ki, Şəxs 2021-ci ilin iyun-iyul ayları ərzində Binə qəsəbəsi ərazisində müxtəlif vətəndaşlara məxsus əmlakları oğurlayaraq özgəsinin əmlakını talamışdır. Belə ki, iş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 iyul 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan X4 məxsus bağçaya aid dəyəri 100 manat olan qaz sayğacını oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 11 iyul 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan X1 işlədiyi aptekdən 29 manat dəyərində uşaq yeməyi oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 29 iyun 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yaşayan X5 yaşadığı həyətə aid olan 20 manat dəyərində 40 metr uzunluğunda elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 24 iyun 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yaşayan X8 yaşadığı həyətə aid olan 200 manat dəyərində 24 metr uzunluğunda 2 xətli elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 04 iyun 2021-ci il tarixdə Xəzər rayonu Qala qəsəbəsində yaşayan X2 içində 350 manat pul olan pul kisəsini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 17 iyun 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Qala yolu Yeni sahədə yaşayan X12 məxsus kafedən 55 manat dəyərində su mühərrikini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 13 iyul 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yaşayan X3 işlətdiyi “Rvarud” adlı marketdən 50 manat dəyərində iki blok siqaret oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 04 iyun 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində X9 məxsus yaşamadığı evindən 90 manat dəyərində 2 ədəd bağlamada elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 20 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X14 məxsus olub Xəzər rayonu Binə qəsəbəsində yerləşən yarımtikilidən 100 manat dəyərində 12 ədəd elektrik işıqlandırıcı və elektrik naqillərini oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən və X15 məxsus təmiri başa çatmayan yarımtikili evdən 350 manat dəyərində elektrik naqillərini və avtomatlarını oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 24 iyul 2021-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən və X10 məxsus təmiri başa çatmayan yarımtikili evdən 180 manat dəyərində evə elektrik sayğacından çəkilmiş elektrik naqillərini və avtomatlarını oğurlayaraq özgəsinin əmlakını talamışdır. İş materillarına əlavə olunmuş Xəzər RPİ 3-cü PB təhqiqatçısı, polis baş leytenantı Nihad Mustafayev tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X11 iş materiallarında olan protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf etdi və əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli AZA ******* nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2021-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 17 avqust 2021-ci il tarixdə saat 18:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 30 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 avqust 2021-ci il tarixdə saat 18:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Məhkəmənin hakimi Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1075/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1075/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver