Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1077/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X4, Zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Salyan rayonunda doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2v 4-da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru X7 izahatında bildirdi ki, hadisə 2023-cü il tarixdə baş vermişdir. Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi qərara alınmışdır. Qeyd olunan qərar 2024-cü ilin aprel ayında 2-ci Polis şöbəsinə təqdim edilmişdir. Hazırda onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, hadisə 2-ci Poliş şöbəsində Bəxtiyar müəllimin yanında baş vermişdir. O, təhqir olunduğuna görə stolun üstündə olan boş su butulkasını X2 atmışdır. 2-ci Polis şöbəsindən zərərçəkmiş şəxslə araların faizlə bağlı mübahisələri olmuşdur. Belə ki, o, zərərçəkmiş şəxsdən faizə pul götürmüş və artıqlaması ilə ödəmişdir. Hadisə zamanı o, zərərçəkmiş şəxsə yaxınlaşmamışdır. Hadisənin polis şöbəsində baş vermişdir. Həmçinin bildirdi ki, su butulkasını onun başına vurmamış, atdığı butulka zərərçəkmiş şəxsə dəyməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, polis idarəsində Bəxtiyar müəllimin otağında olan zaman hadisə baş vermişdir. Orada Yeganəyə onun pulu ilə dişlərini düzəltdirdiyini demiş, cavabında isə Şəxs ona “ağzını yum, pozğun” demişdir. O isə pozğun özü olduğunu söyləmişdir. Şəxs aralı məsafədə olan stolun yanından gələrək onu boğmuşdur. X9 hadisənin şahidi olmuşdur. Hazırda Şəxs barəsində şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, X5 ilə birlikdə polis şöbəsində getmişdir. Polis şöbəsində Bəxtiyar müəllimin otağında olan vaxtı X5, Şəxs “pulu ilə dişini düzəldirdiyi” söyləmiş, bu zaman Şəxs X1 üzərinə cumaraq boğazından tutaraq boğmuşdur. Bundan sonra Bəxtiyar müəllimin gəlib onları aralamışdır. Bundan sonra Şəxs stolun üzərində olan su butulkasını götürərək 3-4 dəfə X1 başına vurmuşdur. Sonra isə X5 otaqdan koridora çıxaraq 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X5 ilə mübahisə edib onu qolunu və boynunu cırmaqlamışdır. -Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru İlqar Mehdiyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərar alınmışdır. -cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi üçün qərarın surətinin Xəzər RPİ-nin 2-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 724 saylı rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər - boynun sağ saidin sıyrıqları, sağ saidin qançırı küt əşya (əşyalar) tərəfindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X5 arasında mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs Gülşən Hüseynovaya bədən xəsarətləri yetirmişdir. Bu hal məhkəmə iclasında verdikləri tərəflərin izahatları, şahid ifadəsi, həmçinin iş materialları təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Lakin məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət ötürülmüşdür. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, Şəxs barəsində protokol isə xx.xx.2024-cü il tarixdə tərtib edilməklə inzibati işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1077/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1077/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver