Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-108/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair V.Şahverdiyev şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 05 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev prospekti Mərdəkan və Binə qəsəbələri arasında olan Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “OPEL Astra” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilini “Renault Meqan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil arxadan vurmuşdur. Nəticədə ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin hadisə yerində təhlükəsiz şəhər kameraları olsa da həmin görüntülərə baxılmadan barəsində haqsız olaraq inzibati protokol tərtib edilmişdir. O, bununla bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 aprel 2022-ci il tarixli qərarı ilə sözügedən qərar ləğv edilmiş, hadisə araşdırılması üçün Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilmişdir. Lakin polis heç bir araşdırma aparmadan, video görüntülərə baxmadan həmin qərarı yenidən qəbul etmişdir. Onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2-ci maricəti zamanı məhkəmə xx.xx.2022-ci il tarixli qərarı ilə polisin onun barəsində tərtib etdiyi inzibati qərarı ləğv etmiş və təkrar obyektiv araşdırılması üçün BDYP-nin DYP İdarəsinə göndərmişdir. Bu dəfə də, 05 dekabr tarixində DYP onun barəsində həmin qərarı yenidən qəbul etmişdir. O, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar 3-cü dəfədir ki, məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini və işə xitam verilməsi, həmçinin məsələyə obyektiv baxılması üçün DYP-dan həmin hadisə yerində olan 118, 117 və 119 nömrəli kamera görüntülərinin sorğu verilərək alınmasını xahiş edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, 28 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Heydər Əliyev prospekti Mərdəkan və Binə qəsəbələri arasında olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “OPEL Astra” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə arxa istiqamətə hərək etmiş, lakin avtomobil axınını gördükdən sonra yenidən irəli hərəkət etmişdir. Bu zaman “Renault Meqan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili arxadan vurmuşdur. Hadisə nəticəsində ona 3 000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin hadisə ilə bağlı onun barəsində haqsız olaraq inzibati protokol tərtib edilmişdir. Qərar qəbul olunmazdan əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta törətməyinə dair sübutlar təhlükəsiz şəhər kameralarından çıxarılaraq ona təqdim olunmalı idi. Lakin heç bir sübut təqdim olunmadan barəsində əsassız və ədalətsiz olaraq qərar qəbul edilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. Barəsində tərtib edilmiş inzibati qərarın ləğv edilməsini və işə xitam verilməsini xahiş edir. 16 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə3 izahat verərək, X3 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi izahatında bildirdi ki, idarə etdiyi “Renault Meqan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıdan dönmə niyyətində olmuşdur. O, uzaq məsafədən V.Şahverdiyevin idarə etdiyi avtomobili arxa-arxaya sürdüyünü görmüş və sürətini bir qədər azaltmışdır. Lakin buna baxmayaraq onun idarə etdiyi avtomaşın V.Şahverdiyevin idarə etdiyi avtomaşınla toqquşmuşdur. Bundan başqa, Şahid1 bildirmişdir ki, toquşma zamanı V.Şahverdiyev idarə etdiyi avtomaşını qabağa və ya arxaya idarə etdiyini dəqiq görməmiş, hadisə yerində kameraların olub-olmadığını bilmir. O, avtomobilini hansı surətdə idarə etdiyini xatırlmamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş YNH-nin baş inspektoru Şahid2 verdiyi izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar daxil olmuş məlumata əsasən hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Hadisə yerində zəzuri hərəkətlər aparılmış, yol-nəqliyyat hadisəsinin sxemi çəkilmiş, kamera görüntülərinə baxılmışdır. V.Şahverdiyevin barəsində inzibati protokol tərtib olunmuş və o, həmin vaxt protokolla razılaşmışdır. Bundan başqa, Şahid2 bildirmişdir ki, hadisə yerini görüntüləyən 3 kamera olsa da, kameralardan yalnız biri işləyir (bununla bağlı məhkəməyə CD disk təqdim olunmuşdur), kameralardan biri hadisə yerini göstəmir, digəri isə işləmir. Məhkəmə poses iştirakçılarının izahalartını dinləyib, şikayəti araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 40 (qırx) manat miqdarında cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 3(003)-380/2022 saylə, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə İnzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı Qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı Qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və 40 (qırx) manat miqdarında cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 3(003)-1343/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, X1 barəsində Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilərək. inzibati material araşdılıması üçün Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsinə qaytarılmışdır. İş materiallarında olan Bakı Şəhəri Baş Polis İdarəsi X6 İdarəsinin 05 dekabr 2022-ci il tarixli Qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40(qırx) manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında videomüşahidə kamera görüntüsü ilə bağlı təqdim olunmuş 1 ədəd CD diskdə baxış keçirilmiş, videonun qısa olduğundan və aydın olmadığından yol-nəqliyyat hadisənin necə baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 135.1.3 cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasında X2 əməlində inzibati xətanın əlamətləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında hadisə yerini görüntüləyən 3 videomüşahidə kameranın olduğu bildirilsə də, məhkəmə tərəfindən şahid ifadəsindən müəyyən olunmuşdur ki, 3 videomüşahidə kameradan biri hadisə yerini görüntüləmir, digəri isə işləmir, bir videomüşahidə kamera görüntüsü ilə bağlı təqdim olunmuş CD diskdə isə videonun qısa olduğundan və aydın olmadığından yol-nəqliyyat hadisənin necə baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Habelə yol nəqliyyat hadisəsinin digər iştirakçinın ifadəsində də qeyd etmişdir ki, avtomabilərin toqquşma anında X2 idarə etdiyi avtomobili əks istiqamətə idarə etdiyinin şahidi olmamışdır. İnzibati xəta hadisəsinin mövcudluğunu göstərmək üçün səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş hallar kifayət qədər olmamış, əldə olunan məlumatlarda X2 əməlində inzibati xətanın əlamətlərinin olması və onun barəsində inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün kifayət qədər əsasların olması səlahiyyətli vəzifəli şəxs tərəfindən tam yoxlanılmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə tərfindən əvvəllər X2 əməlində inzibati xətanın əlamətlərinin olmaması səbəbi ilə xx.xx.2022-ci il tarixli Qərarı və xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş qərarları ləğv edilərək yenidən araşdırılması üçün göndərilsə də nəticə etibari ilə inzibati oirqan tərəfindən yeni araşdırma aparmadan X2 eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3 cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul olunmuş 05 dekabr 2022-ci il tarixli, ..... saylı «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilməli, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 99, 134, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ : Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin X1 barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-108/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-108/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver