Məhkəmə qərarları › İş №3(003)-1081/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1081/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1081/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 20 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 104103,73 ABŞ dolları məbləğində vəsaiti 06 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 40633,72 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi, Vəkil bildirdi ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən «Arkhangelsk polywood plant JSC» şirkəti arasında 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Şəxs MMC həmin müqaviləyə əsasən «Arkhangelsk polywood plant JSC» şirkətinin bank hesabına "xxxx" ASC vasitəsi ilə avans yolu ilə 104103,73 ABŞ dolları pul ödəmiş və bu pulun müqabilində 308.566,35 ABŞ dolları dəyərində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilərək bununla bağlı müvafiq gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «Arkhangelsk polywood plant JSC» şirkəti arasında bağlanmış 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqavilədən görünür ki, alıcı 10000 m3 həcmində ağcaqayın faneri almalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «Arkhangelsk polywood plant JSC» şirkətinin xeyrinə 2- 2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən 06 iyul 2020-ci il tarixdə 104103,73 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 11 aprel 2020-ci il tarixli, **********0812 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 29781,14 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 29 may 2020-ci il tarixli, **********1108 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 30464,76 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 08 iyun 2020-ci il tarixli, **********0783 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 31399,62 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 25 iyun 2020-ci il tarixli, **********8986 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 29872,57 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyul 2020-ci il tarixli, **********8374 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 28512,94 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyul 2020-ci il tarixli, **********8434 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 28118,56 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 09 iyul 2020-ci il tarixli, **********2793 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 28006,96 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2020-ci il tarixli, **********7508 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 25727,97 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci il tarixli, **********9921 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 25178,20 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2020-ci il tarixli, **********5678 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 26330,18 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2020-ci il tarixli, **********0339 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Arkhangelsk polywood plant JSC» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 25173,45 ABŞ dolları məbləğində mallar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən «Arkhangelsk polywood plant JSC» şirkəti ilə arasında bağlanmış 2-2020 nömrəli, 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən həmin şirkətin bank hesabına "xxxx" ASC vasitəsi ilə avans yolu ilə 06 iyul 2020-ci il tarixdə 104103,73 ABŞ dolları pul ödənilmişdir. Bu pulun müqabilində 06 iyul 2020-ci il tarixdən etibarən 187048,26 ABŞ dolları dəyərində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmiş və bəyan edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar