Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1086/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxsnun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən sürətli poçt daşıma lisenziyasına malik olan "xxxx" MMC vasitəsilə X1 gömrük ərazisinə göndərilən bağlamaların təhlili zamanı, alıcı qismində Gulşen Davralova, Aynur Əlibəyli, Şəlalə Məmmədova, Gülşən Həsənova, Cavid Əhmədov, Gülbəniz Bayramova, Xəyal Məmmədov, Firuzə Süleymanova kimi qeyd edilmiş ümumilikdə 24 ədəd bağlamanın tərkib hissəsini təşkil edən malların və alıcı ünvanlarının eyniliyi həmin bağlamaların kommersiya təyinatlı olması şübhəsi yaratmış və araşdırma aparılması üçün saxlanılmışdır. Araşdırma zamanı bağlamaların üzərində olan mobil telefonların eynilik təşkil etdiyi məlum olmuş və həmin mobil telefon nömrəsi ilə əlaqə saxlanılmış, həmin bağlamaların Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən sifariş edildiyi müəyyən olunmuşdur. Araşdırma məqsədilə götürülmüş 24 ədəd poçt bağlamasının dəyərinin 1459,57 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 2481,26 manat) olduğu məlum olmuşdur. Bu barədə Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs 15 iyul 2022-ci il tarixli məktubundan görünür ki, malların müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və Şəxs bağlamaların müsadirə olunmasını xahiş etməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan 1459,57 (bir min dörd yüz əlli doqquz, əlli yeddi) ABŞ dolları təşkil edən 24 (iyirmi dörd) ədəd bağlama müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1086/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1086/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver