Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1087/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 (VÖEN:**********) adından təqdim edilən 06 may 2022-ci il tarixli **********8846 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirilməkdən ötrü bəyan olunmuş 6 yerdən ibarət invoys dəyəri 286,20 ABŞ dolları təşkil edən 16 ədəd “çap maşınlarının hissələri və ləvazimatları” adlı yükə baxış keçirilərkən yükə dair sənədlərlə bəyan olunan malları eyniləşdirmək mümkün olmamışdır. Daha sonra hal şahidlərinin iştirakı ilə yoxlama keçirilmiş və yükün yoxlanılması zamanı yükün içərisindən 4 ədəd “WİNCOR NİXDORF CMD-V4” modelli **********5-4921986-012 nömrəli ödəmə terminalı hissəsi 5 ədəd “EPPV5” nömrəli klaviyatura, 6 ədəd sellofan paketin içərisində olan elektron sxem 4 ədəd ağ rəngli kiçik ölçülü qutunun içərisində lent formalı elektron sxem 1 ədəd üzərində “WİNCOR NİXDORF Opertor Panel USB” sözü yazılmış idarəetmə paneli 1 ədəd şəffaf rəngli polietilən paketin içərisində üzərində hər hansı bir yazısı olmayan lent formalı sxem 1 ədəd üzərində “HV 550QUBH10” sözü yazılmış və 1 ədəd üzərində “HV550QUB-H84” yazılmış elektron sxemlər üzərində “TS-EC2C-U1 JLG 51” yazısı olan 2 ədəd kart oxuyucu hissə 5 ədəd üzərində “3KB-15 Terminal Pad” adlı aparat hissəsi 2 ədəd üzərində “Geprüft C1 W” yazısı olan və 3 ədəd “WİNCOR NİXDORF” sözü yazılmış ödəmə terminalının hissələrindən ibarət yüklər aşkar edilmişdir. Aşkar edilmiş yüklər əmtəəşünaslıq eksprertizasından keçirilməkdən ötrü 18 may 2022-ci il tarixli, 1900-013/0xx-xx/001781 saylı məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Həmin mərkəzin 9/3777 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “predmetlərin ümumilikdə orta bazar qiyməti 4290 manat təşkil etmişdir. Araşdırma zamanı X1 adına daxil olmuş yüklər **********8846 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklər deyildir nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 tərəfindən adına daxil olmuş yüklər gömrük orqanına bəyan edilməmişdir. Bu barədə X1 barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X7 tərəfindən 19 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X7 protokolun məzmununa uyğun izahat verdi və X1 tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, **********00615 nömrəli poçt qeydiyyatı üzrə aşağıdakı malların ödənişlərini edə bilmədiyindən həmin mallardan dövlət xeyrinə imtina etməyinə icazə verilməsini və siyahı üzrə 40-60%-dən müsadirə olunmasını xahiş edir. Həmin malların siyahısı:
1. Üzərində “HV 550QUB-H10” yazılmış sxem - 1 ədəd (280 manat); 2. Üzərində “HV550QUB-H84” yazılmış sxem - 1 ədəd (265 manat); 3. Üzərində “TS-EC2C-U1 HG 51” yazısı olan - 2 ədəd (765 manat). İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və X3 malların bir qisminin müsadirə və digər qismi hissəsində isə cərimə olunmasını xahiş etməsini nəzərə alaraq, X3 Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan 2075,00 (iki min yetmiş beş) manat təşkil edən üzərində “HV 550QUB-H10” sözü yazılmış sxem, “HV550QUB-H84” sözü yazılmış sxem, “TS-EC2C-U1 HG 51” yazısı olan mallar müsadirə olunmalı, həmçinin, digər malların təşkil etdiyi, gömrük dəyəri 2215,00 (iki min iki yüz on beş) manat məbləğinin 40 (qırx) faizi, yəni 886,00 (səkkiz yüz səksən altı) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan 2075,00 (iki min yetmiş beş) manat təşkil edən üzərində “HV 550QUB-H10” sözü yazılmış sxem, “HV550QUB-H84” sözü yazılmış sxem və “TS-EC2C-U1 HG 51” yazısı olan mallar müsadirə edilsin. X3 inzibati xətanın bilavasitə obyekti olan digər malların təşkil etdiyi, gömrük dəyəri 2215,00 (iki min iki yüz on beş) manat məbləğinin 40 (qırx) faizi, yəni 886,00 (səkkiz yüz səksən altı) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Tərlan Əkbərov