Məhkəmə qərarları › İş №3(003)-109/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-109/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-109/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, tələbkar X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsgəndər oğlunun iştirakları ilə xx xxxxxx 1983-cü il il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs İsgəndər oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-156/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli icra sənədinə əsasən iddiaçı X7 xeyrinə 2100 manat məbləğində pul cavabdeh X6, 300 manat məbləğində pul cavabdeh X4, 9650 manat məbləğində pul cavabdeh Şəxs İsgəndər oğlundan və 5050 manat məbləğində pul cavabdeh X2 tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs İsgəndər oğluna göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-156/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-156/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli icra sənədinə əsasən iddiaçı X7 xeyrinə 2100 manat məbləğində pul cavabdeh X6, 300 manat məbləğində pul cavabdeh X4, 9650 manat məbləğində pul cavabdeh Şəxs İsgəndər oğlundan və 5050 manat məbləğində pul cavabdeh X2 tutulmalıdır. xx xxxxxx 2021-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Məhkəmə baxışına qədər borclunun tələbkara 6050 manat borcu qalmış, məhkəmənin gedişində o, borcundan 500 manat ödəmiş, 5550 manat qalıq qalmışdır. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 göstərdi ki, borclu Şəxs İsgəndər oğlu icra sənədi üzrə 6050 manat borcunu ödəməkdən yayınır. Məhkəmənin gedişində borclu borcundan 500 manat ödəniş etmiş, qalan 5550 manat borcun hisə-hissə ödənilməsinə razılıq verilməsini ondan xahiş etmişdir. Lakin o, hazırda ağır xəstəlikdən əziyyət çəkir, müalicəsi üçün pul tapa bilmir, bu məbləğdə pulun uzun müddətdən bəri onun ailə büdcəsindən kənarlaşdırılması nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Buna görə də o, borcunun tam ödənilməsini tələb edir, əks təqdirdə Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsgəndər oğlu göstərdi ki, hazırda işləmədiyi üçün maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı qalan 6050 manat olan borcunu tam ödəyə bilmir, lakin məhkəmənin gedişində borcundan 500 manat ödəniş etmiş, qalan 5550 manat borcun hisə-hissə ödənilməsinə razılıq verilməsini tələbkardan xahiş etmişdir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin müvəqqəti maddi çətinlikləri borcunu tam ödəməyə hələlik imkan vermir, ona bir ay müddət verilərsə, borcunu tam ödəyə biləcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs İsgəndər oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsgəndər oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində borc məbləğini tam ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun tam ödənilməməsinin borclunun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs İsgəndər oğlunun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati həbs tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun tam ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 5xx xxxxxxxx 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1983-cü il il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs İsgəndər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 1044 Bakı şəhəri, Mərdəkan Azərbaycan Respublikası Daxili İşlər qəsəbəsi, Telman küçəsi, 4 Nazirliyi Baş tel./faks: 454-33-28 X1 İnzibati həbs xx xxxxxx 2021-ci il olunanların saxlanılma yerinin rəisi, polis polkovnik-leytenantı № 3(003)-109/2021 cənab Ramin İmanova Hörmətli Ramin müəllim! Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Şəxs İsgəndər oğlu barəsində olan xx xxxxxx 2021-ci il tarixli № 3(003)-109/2021 №-li inzibati xəta haqqında qərarı icra olunması üçün onun şəxsiyyəti ilə birlikdə Sizə göndərilir. Qoşma: qərarın, protokolun surəti və Şəxs İsgəndər oğlunun portal çıxarışının təsdiq edilmiş surəti. Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar