Məhkəmə qərarları › İş №3(003)-1090/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1090/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1090/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ 2-ci PŞnin polis sahə inspektoru, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxx 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, Bakı şəhəri Xəzər rayonu Büzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 33 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Büzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 33”A” ünvanında mübahisə zəminində X4 yumruq və təpiklə döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X7 tərəfindən 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X7 protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, X6 onun doğma bibisidir, lakin onunla münasibətləri korlanmışdır, gediş-gəlişləri yoxdur. Züleyxa hasar qonşuluğunda yaşayır və uzun illərdir ki, onun ailəsinin və ümumiyyətlə bütün insanların paxıllığını çəkir, onunla heç kim ünsiyyət yaratmır və qonşular da onu yaxın buraxmır. Uzun illər bundan əvvəl Züleyxa ona və ailəsinə qarşı cadu etmiş və o, həmişə onun bu hərəkətlərindən şübhələnmişdir. Hal-hazırda yaşadıqları ünvan – yəni ünvan 1basına məxsus olmuş və həyətin 3/1 hissəsini o vaxt babası Züleyxaya vermişdir. Buna görə də indi Züleyxanın yaşadığı ünvan ünvan 2 il tarixdə saat 14:30 radələrində yaşadığı evdə tək olan zaman və təsaüfən həyətə çıxmaq istədikdə görmüşdür ki, Züleyxa onun evinin qapısının qarşısında pərdəni başına ataraq əllərini qapıya sürtür. Ondan nə etdiyini və niyə gəldiyini soruşmuş, o, arvadı Firuzə ilə işinin olmasını demişdir. Bu zaman ayaqqabılarını geyinərək çıxmaq istədikdə Züleyxa küçəyə doğru çıxmışdır. Züleyxanı saxlayaraq Firuzənin evdə olmamasını demiş və nə sözü varsa, ona deməsini tələb etmişdir. Züleyxa işıqların yanıbyanmadığını öyrənmək üçün gəldiyini dedikdə, o, buna inanmamış və əllərini qapıya sürtdüyü üçün Züleyxanın yenə də cadu əməl etməsindən şübhələnmişdir. Buna görə də Züleyxanın əlindən tutaraq divara sıxmış və yumruqla vuracağı barədə hədələyib nə üçün gəldiyini yenə soruşmuş, lakin heç nə etməmiş, Züleyxa da çıxıb evinə getmişdir. Züleyxanı yumruqla və təpiklə vurmamış, yerə yıxmamışdır. Özünü təqsirli bilmir, artıq 70ə yaxın yaşı vardır, pensiyaçıdır. Bütün bunların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs onun qardaşı oğludur və qonşuluqda yaşayır, uzun illərdir ki, münasibətləri yoxdur. 29 iyul 2021-ci il tarixdə saat 14:30 radələrində işıqların yanıb-yanmadığını öyrənmək üçün Əliabbasgilə gedib onun arvadı Firuzəni çağırmaq istəmiş, qapı bağlı olduğundan, Firuzəni pəncərəni yavaşca döyməklə səsləmək istəmiş, bunu görən Əliabbas bayıra çıxıb heç bir səbəb olmadan yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, daha sonra onu yerə yıxaraq qarın nahiyəsinə təpiklə vurmuşdur. O da polisə şikayət edərək Əliabbasın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əliabbas ilə barışmaq fikri yoxdur. Bütün bunların nəzərə alınaraq Əliabbasa inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 avqust 2021-ci il tarixli qərardan müəyyən olunur ki, X2 xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekzpertizasının 29 iyun 2021-ci il tarixli 901 saylı rəyinə əsasən X1 çiynin qançırı, sağ dizin sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən az əvvəl olmaqla, qərarda göstərilən 29 iyul 2021-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X2 bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materallarından görünür ki, Şəxs xx xxx 1952-ci il tarixdə doğulmuşdur, pensiyaçıdır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 70-ə yaxın yaşının olmasını, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, Bakı şəhəri Xəzər rayonu Büzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 33 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar