Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1092/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Şikayətçi X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 iştirakları ilə X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, 19 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və 19 iyul 2022-ci il tarixli, 00800-0150/22 nömrəli protokoldan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, 19 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın, 19 iyul 2022-ci il tarixli, 00800-0150/22 nömrəli protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X2 xx.xx.2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin 30 faizi — 10357,8 manat miqdarında tənbeh növü tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərarda göstərilmişdir ki, X6 10 iyul 2022-ci il tarixdə saat 05 radələrində J2 063 saylı Bakı-Berlin aviareysi ilə gedən zaman Terminal 1 Hava Limanının 3-cü mərtəbəsində yerləşən gediş çantasını rentgen qurğusundan keçirərkən qurğunun monitorunda pul təsvirləri görsənmiş, sorğu sual zamanı çantasında 10000 euro olduğunu bildirsə də, sonradan çantasına baxış zamanı 150 ədəd 200 euro nominalında ümumilikdə 30000 avro vəsaiti aşkar edilmişdir. Lakin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X2 xx.xx.2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, 10 iyul 2022-ci il tarixdə saat 05 radələrində J2 063 saylı Bakı-Berlin aviareysi ilə gedən zaman Terminal 1 Hava Limanının 3-cü mərtəbəsində yerləşən gediş çantasını rentgen qurğusundan keçirərkən qurğunun monitorunda pul təsvirləri görsəndiyindən, ondan üzərində hansı məbləğdə pul vəsaiti olmasını soruşan zaman üzərində 30000 avro olmasını bildirdikdən sonra çantasına baxış keçirilmişdir. Ona həmin an bəyannamə təqdim edilməmiş, üzərində olan pul vəsaiti bəyannamədə göstərməli olmağı bildirilməmiş, həmin vaxt yanında həyat yoldaşı və qızı olduğundan bəyannamə təqdim edilsəydi, hər birilərinə 10000 avro bəyan ediləcəkdi. Lakin, gömrük orqanlarının əməkdaşları ona məxsus pul vəsaitini qanunsuz olaraq ələ keçirmək niyyətləri olduğundan, ona hüquqarını izah etməmiş, bəyannamə təqdim etməmiş, ümumiyyətlə bəyanamənin harada doldurulmalı olması barədə məlumat verilməmişdir. Sonradan qərar qəbul edildikdən sonra bəyənnamənin pasport buraxılış məntəqəsində yazılmalı olduğu barədə məlumat əldə etmişdir. Onun saxlanıldığı yer isə pasport buraxılış məntəqəsinə çatmamış, çantalarda qadağan olunmuş əşyaların olub-olmamasının müəyyən edilməsi üçün quraşdırılmış nəzarət-buraxılış məntəqəsində aşkarlanmışdır. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 göstərdi ki, gömrük orqanlarına düzgün bəyan edilməyən valyuta vəsaitinin aşkar edilməsi ilə əlaqədar X5 barəsində 19 iyul 2022ci il tarixdə 00800-0150/22 nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən EP ******* nömrəli, 19 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın qanuni və əsaslı olduğunu, ləğv edilməsi üçün heç bir əsas olmadığını bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən 19 iyul 2022-ci il tarixdə qəbul edilmiş EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, gömrük sərhədindən keçirilən valyuta vəsaitini düzgün bəyan etməmişdir. Buna görə də, Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi – 10357,8 (on min üç yüz əlli yeddi, səksən) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş EP ******* nömrəli, 19 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X3 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115-117, 128- 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən 19 iyul 2022-ci il tarixdə qəbul edilmiş EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1092/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1092/2022
19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver