Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1095/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə Şəxs xx xxx 1998-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Zəngilan rayonu, Pirveyis kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 19 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 27 iyun 2022-ci il tarixdə, saat 22:00-da etibarnamə olmadan idarə etdiyi «Opel Astra» minik markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobil ilə zərərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələrinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 13 iyul 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, «Opel Astra» minik markalı, **-EY-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürmüş və etibarnamə olmadan idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Aylıq gəliri təxminən 400 manat gəlir əldə edir. 27 iyun 2022-ci il tarixdə, saat 22:00-da idarə etdiyi avtomobillə Binə qəsəbəsinin içərisindən əsas yola çıxan zaman gözləmədən yola daxil olduğundan «Mercedes» markalı avtomobilin sağ yan qapısından vurmuşdur. Hadisə zamanı «Mercedes» markalı avtomobildə olan sərnişinlər xəsarət almışlar. O, xəstəxanada qarşı tərəfindən müalicə üçün 500 manatdan çox pul xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, anasının onun himayəsində olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 27 iyun 2022-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi «Mercedes Benz» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsinin içində kanal ətrafı yolda əsas yolla hərəkətdə olarkən ara yoldan «Opel» markalı avtomobil çıxaraq onun avtomobilinin sol tərəfindən vurmuşdur. Hadisə nəticəsində avtomobilin sol tərəfi tamamilə yararsız vəziyyətə düşmüş, həmçinin özü, avtomobildə olan arvadı Gülçiçək, qızı Zəhra, oğlanları Elmin və Sərxan xəsarət almışlar. Hadisədən sonra özü uşaqları avtomobildən çıxarmış, arvadını isə orada toplaşan şəxslər çıxarmışlar. Hadisə yerinə gələn təcili tibbi yardım əvvəl onları Sabunçu xəstəxanasına, sonra Neyrocərrahiyə xəstəxanasına aparmışlar. Arvadı 10 gün xəstəxanada müalicə olunmuş və bu günədək yataq xəstəsi olmaqla müalicə alır. Lakin hadisəni törədən şəxs onlara köməklik etməmişdir. Özü isə tikintidə işləyir, bir aydır ki, işsizdir. Şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin zərərçəkmiş şəxs və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs etibarnamə olmadan idarə etdiyi avtomobil ilə zərərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 28 iyun 2022-ci il tarixli, 789 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin 27 iyun 2022-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törədilməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 01 iyul 2022-ci il tarixli, 810 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin 27 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törədilməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 01 iyul 2022-ci il tarixli, 811 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlərin 27 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törədilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 01 iyul 2022-ci il tarixli, 812 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlərin 27 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törədilməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 06 iyul 2022-ci il tarixli, 826 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin 27 iyun 2022-ci il tarixli yolnəqliyyat hadisəsi zamanı törədilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Məhkəmə Şəxsin əməlini etiraf etməsini, səmimi peşmançılığını, anasının onun himayəsində olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxsin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs1 hadisə nəticəsində ona və ailəsinə ziyan dəydiyini, hadisəni törədən şəxsin onlara yardım etmədiyini və hazırda onun tələbi olduğunu bildirsə də, tələbi ilə bağlı yazılı şəkildə ərizə təqdim etməmiş və sənədləri əlavə etməmişdir. Həmçinin Şəxs zərərçəkmiş şəxsin ailəsinə 500 manatdan artıq yardım göstərdiyini bildirmişdir. Bu isə onu göstərir ki, Zərərçəkmiş şəxs1 tələbi olsa belə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə vardır. Buna görə məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1095/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1095/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver