Məhkəmə qərarları › İş №3(003)-1096/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1096/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1096/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1, "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 Xidmətinin əmək müfəttişi X7 tərəfindən 16 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, "xxxx" ASC işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X5 göstərdi ki, 16 mart 2021-ci il tarixində “Qala Həyat“ Sığorta Şirkəti ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 15 aprel 2021-ci il tarixində 1853,88 manat, 13 may 2021-ci il tarixində 1853,88 manat ödənilməli idi. Müəssisənin hesablaşma hesabında vəsait olmadığından ödəmə həmin tarixlərdə aparılmamışdır. 30 aprel 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 42900 manat vəsait daxil olmuş, lakin bank hesabında vergilər, DSMF və İcbari tibbi sığorta tərəfindən sərəncamlar olduğu üçün icbari sığorta üzrə ödəniş etmək mümkün olmamışdır. Daxil olmuş vəsaitdən 30 aprel 2021-ci il tarixində 2021-ci ilin fevral, mart ayları üzrə əmək haqqı üzrə borclar və may ayında vergilər üzrə sərəncamlar ödənilmişdir. 2020-ci ildə neft hasilatının azalması ilə əlaqədar “Azneft” İB ilə olan alqı-satqı müqavilələri müvəqqəti dayandırıldığından, müəssisə maliyyə çətinliyi ilə üzləşmişdir. Xammal material almağa vəsaitlər məhdud olduğundan müəssisə istehsalat fəaliyyətlərini dayandırmağa məcbur olaraq 03 may 2021-ci il tarixdən bütün işçiləri ödənişsiz məzuniyyətə buraxmışdır. 20 may 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 10595 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2021-ci il aprel ayı üzrə əmək haqqından avans və vergilər üzrə sərəncamlar ödənilmişdir. 08 iyun 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 15265 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2021-ci ilin aprel ayı üzrə əmək haqqından avans və DSMF-na sərəncamlar ödənilmişdir. 17 iyun 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 43540 manat vəsait daxil olmuş, həmin vəsaitdən vergilər, DSMF və İcbari tibbi sığorta tərəfindən verilmiş sərəncamlar, 2021-ci ilin aprel ayı üzrə əmək haqqının qalıq borcu ödənilmişdir. 18 iyun 2021-ci il tarixində "xxxx" SŞ ASC-nə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2000 (iki min) manat ödənilmişdir. 28 iyul 2021-ci tarixində müəssisənin hesablaşma hesabına 101329 manat vəsait daxil olmuşdur. Bank hesabında vergilər, DSMF və İcbari tibbi sığorta tərəfindən sərəncamlar olduğu üçün 28 iyul 2021-ci tarixində 2021-ci ilin may ayı üzrə əmək haqqı borcu ödənilmişdir. 29 iyul 2021-ci il tarixində sərəncamlar ödənildikdən sonra "xxxx" Sığorta Şirkəti ASC-nə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1707,76 (min yeddi yüz yeddi, yetmiş altı) manat qalıq borcu ödənilmişdir. "xxxx" SŞ ASC ilə bağlanmış 16 mart 2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 6.2ci bəndində qeyd edilmişdir ki, müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24.00-da qüvvəyə minir. 18 iyun 2021-ci il tarixində İcbari sığorta haqqının ilk hissəsi kimi 2000 (iki min) manat, 29 iyul 2021-ci il tarixində isə qalan hissəsi olan 1707,76 (min yeddi yüz yeddi, yetmiş altı) manat olmaqla icbari sığorta haqqı tam ödənilmişdir. Göründüyü kimi, 16 mart 2021-ci il tarixli icbari sığorta müqaviləsi İcbari sığorta haqqının ilk hissəsi kimi 2000 (iki min) manatın ödənildiyi 18 iyun 2021-ci il tarixdən qüvvədə olmağına baxmayaraq, X6 tərəfindən “Qala Maşınqayırma” ASC barəsində 16 avqust 2021-ci il tarixində əsassız olaraq Azərbaycan Respublikasının İXMnin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. X6 Xidmətinin və "xxxx" ASC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, “Qala Maşınqayırma” ASC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi 16 mart 2021-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC üzrə verilmiş 30 aprel 2021-ci il tarixli 50 saylı əmrin surətindən görünür ki, 2020-ci ildə neft hasilatını azaltması ilə əlaqədar olaraq “Azneft” İB-nin quruda NQÇİ-nin Neft quyuları bağlandığından, 2021-ci il ilə alqı-satqı müqavilələri müvəqqəti dayandırılmış, müəssisə maliyyə çətinliyi ilə üzləşmiş, xammal material almağa vəsaitləri məhdud olduğundan fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur olmuşlar. Buna görə də İdarə Heyətinin 30 aprel 2021-ci il tarixli 24 saylı protokoluna əsasən baş direktor N.A.Rzayev, İdarə Heyətinin sədri R.X.Rzayev, baş mühəndis N.N.Əliyev, istehsalat sahəsinin rəisi A.E.Əliyev və baş mahasib Z.A.Hacıyeva, mühafizə dəstəsinin gözətçiləri Y.R.Hacıyev, G.B.Əsgərov, Ə.S.Əliyev, E.Q.Əliyev, elektrik montyorları A.A.Qolubev, N.Ə.Ələkbərov, N.N.Nəzərov, təmirçi çilingərlər A.K.Kurabəyov, S.F.Mərdənov, K.Ş.Abbasov və sürücü N.T.Əliyev istisna olmaqla yuxarıda göstərilənləri nəzərə alaraq müqavilələr tam bağlanana qədər 129-cu maddənin 2-ci hissəsinə əsasən bütün işçilər 03 may 2021-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmışlar. Məhkəmədə müəyyən olundu ki, 16 mart 2021-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə "xxxx" Sığorta Şirkəti ASC-yə “Qala Maşınqayırma” ASC tərəfindən ilk ödəniş (1853,88 manat) 15 aprel 2021-ci il tarixdə, ikinci ödəniş (1853,88 manat) 13 may 2021-ci il tarixdə icra olunmalı idi. Lakin 2020-ci ildə neft hasilatını azaltması ilə əlaqədar olaraq “Azneft” İB-nin quruda NQÇİ-nin Neft quyuları bağlandığından, 2021-ci il ilə alqı-satqı müqavilələri müvəqqəti dayandırılmış, müəssisə maliyyə çətinliyi ilə üzləşmiş, xammal material almağa vəsaitləri məhdud olduğundan fəaliyyətlərini müvəqqəti dayandırmağa mərbur olmuşlar. Buna görə də İdarə Heyətinin 30 aprel 2021-ci il tarixli 24 saylı protokoluna əsasən baş direktor N.A.Rzayev, İdarə Heyətinin sədri R.X.Rzayev, baş mühəndis N.N.Əliyev, istehsalat sahəsinin rəisi A.E.Əliyev və baş mahasib Z.A.Hacıyeva, mühafizə dəstəsinin gözətçiləri Y.R.Hacıyev, G.B.Əsgərov, Ə.S.Əliyev, E.Q.Əliyev, elektrik montyorları A.A.Qolubev, N.Ə.Ələkbərov, N.N.Nəzərov, təmirçi çilingərlər A.K.Kurabəyov, S.F.Mərdənov, K.Ş.Abbasov və sürücü N.T.Əliyev istisna olmaqla yuxarıda göstərilənləri nəzərə alaraq müqavilələr tam bağlanana qədər 129-cu maddənin 2-ci hissəsinə əsasən bütün işçilər 03 may 2021-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmışlar. 20 may 2021-ci il tarixində “Qala Maşınqayırma” ASC-nin hesablaşma hesabına 10595 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2021-ci il aprel ayı üzrə əmək haqqından avans və vergilər üzrə sərəncamlar ödənilmişdir. 08 iyun 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 15265 manat vəsait daxil olmuş, həmin vəsaitdən 2021-ci ilin aprel ayı üzrə əmək haqqından avans və DSMF-na sərəncamlar ödənilmişdir. 17 iyun 2021-ci il tarixində müəssisənin hesablaşma hesabına 43540 manat vəsait daxil olmuş, həmin vəsaitdən vergilər, DSMF və İcbari tibbi sığorta tərəfindən verilmiş sərəncamlar, 2021-ci ilin aprel ayı üzrə əmək haqqının qalıq borcu ödənilmişdir. 18 iyun 2021-ci il tarixində "xxxx" SŞ ASC-nə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2000 (iki min) manat ödənilmişdir. 28 iyul 2021-ci tarixində müəssisənin hesablaşma hesabına 101329 manat vəsait daxil olmuşdur. Bank hesabında vergilər, DSMF və İcbari tibbi sığorta tərəfindən sərəncamlar olduğu üçün 28 iyul 2021-ci tarixində 2021-ci ilin may ayı üzrə əmək haqqı borcu ödənilmişdir. 29 iyul 2021-ci il tarixində sərəncamlar ödənildikdən sonra "xxxx" Sığorta Şirkəti ASC-nə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 1707,76 (min yeddi yüz yeddi, yetmiş altı) manat qalıq borcu ödənilmişdir. "xxxx" SŞ ASC ilə bağlanmış 16 mart 2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24.00-da qüvvəyə minir. 18 iyun 2021-ci il tarixində İcbari sığorta haqqının ilk hissəsi kimi 2000 (iki min) manat, 29 iyul 2021-ci il tarixində isə qalan hissəsi olan 1707,76 (min yeddi yüz yeddi, yetmiş altı) manat olmaqla icbari sığorta haqqı tam ödənilmişdir. Göründüyü kimi, 16 mart 2021-ci il tarixli icbari sığorta müqaviləsi İcbari sığorta haqqının ilk hissəsi kimi 2000 (iki min) manatın ödənildiyi 18 iyun 2021-ci il tarixdən qüvvədə olmağına baxmayaraq, X6 tərəfindən "xxxx" ASC barəsində 16 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş “Qala Maşınqayırma” ASC tərəfindən tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması halı müəyyən edilmədi. 16 mart 2021-ci il tarixdə “Qala Maşınqayırma” ASC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə müəyyən edilmiş ödəniş müddətlərinin pozulması isə icbari sığorta müqaviləsinin bağlanmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, 16 mart 2021-ci il tarixdə “Qala Maşınqayırma” ASC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlandığından, daha sonra Sığorta Şirkətinə gecikdirilmiş ödəniş “Qala Maşınqayırma” ASC tərəfindən ödənildiyindən, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXMnin 469.2-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar