Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1100/2022 30.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs 29 iyul 2022-ci il tarixdə saat 23 radələrində 3-cü Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən 30 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis baş leytenantı X5 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 29 iyul 2022-ci il tarixdə saat 23-də Binə qəsəbəsi yeni sahə Məxməri çay evinin yaxınlığında 2 nəfər şəxs YPX 240 çağırışlı AP əməkdaşlarına sərxoş vəziyyətdə tabesizlik etdiyi üçün ərazidə xidmət aparan PPX AP 6355 köməkliyi ilə 3-cü PŞ-nə gətirilmiş və həmin şəxslərdən bir nəfər, qadının üst-başı natəmiz, üst geyimi cırılmış, sifət və bədən nahiyəsində qızartı ləkələri, sinə nahiyəsində isə sıyrılmış xəsarəti olması və kəskin alkoqol qoxusu gəldiyi aşkar edilmişdir. Polis Şöbəsinə gətirilmiş şəxslərin 14 mart 1987-ci il təvəllüdlü X1 və xx xxx 1987-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Şəxs polis əməkdaşları tərəfindən PŞ-nə gətirilən zaman sərxoş vəziyyətdə inzibati binanın qarşısında yüksək səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib polisin qanuni əmrinə tabe olmayaraq şöbəyə daxil olmuş və binanın daxilində nizam-intizama dəvət etmələrinə baxmayaraq polis əməkdaşlarının üzərinə hücum edərək təhqir etməyə, şöbənin otaqlarının qapılarını təpikləməyə, başını binanın divarlarına çırpmağa və əlləri ilə baş və bədən nahiyəsinə xəsarətlər yetirməyə, PŞ-nin inzibati binasından qaçmağa cəhd göstərən zaman isə sol ayağı şöbənin giriş qapısına dəyərək xəsarət almış və binanın həyətində özü asfalt örtüyünün üstünə uzanaraq özünə xəsarət yetirmək istəyərkən tərəflərindən qarşısı alınmasına baxmayaraq təxminən 20-25 dəqiqə polisin iş rejimini pozaraq və qanuni tələblərinə baxmayaraq aqressiv hərəkətlərini davam etdirmişdir. Hər iki vətəndaş sərxoşluq dərəcəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş, orada Rəşad Süleymanova 1/1628 nömrəli ayıq və Şəxs isə 1/3973 nömrəli kəskin alkoqol qoxusu və müayinədən imtina aktları təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, ad günündə iştirak etdiyinə görə bir qədər spirtli içki içmiş və sonra özünə məxsus “Mersedes Ç” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına oturub üzü Binə Südçülük sovxozu istiqamətinə sürməyə başlamışdır. Həmin vaxt X1 da onun yanında qabaqda sərnişin kimi oturmuşdur. X9 Əməkdaşları yolda ona saxla işarəsi vermiş və o da avtomaşını bir qədər irəlidə saxlayaraq tez avtomaşından düşüb arxa oturacaqda oturmuşdur. Yol polis əməkdaşları ona yaxınlaşdıqda o, avtomaşını idarə etdiyini danmış, bu zaman polis əməkdaşları onun sərxoş olmasını hiss edib onuvə X7 dəvət etmişlər, o isə Polis Şöbəsinə getməkdən imtina etmişdir. Vəziyyəti belə görən DYP əməkdaşları oraya əlavə qüvvə çağırmış və hadisə yerinə gələn PPX əməkdaşlarının köməkliyi ilə onları 3-cü PŞ-nə aparmışlar. Spirtli içkinin təsiri altında olduğu üçün o, Polis Şöbəsində intizamsızlıq etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis Şöbəsində onların sərxoşluq dərəcəsini müəyyən etmək üçün onlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş, orada Rəşada 1/1628 nömrəli ayıq, ona isə 1/3973 nömrəli kəskin alkoqol qoxusu və müayinədən imtina aktları təyin edilmişdir. İlk dəfə törətdiyi əməlindən səmimi peşmandır, polis əməkdaşlarından üzr istəyərək bağışlanmasını xahiş edir. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində 15 sentyabr 2010-cu il təvəllüdlü X3 və 10 yanvar 2007-ci il təvəllüdlü Hüseynzadə lalə Murad qızı adlı iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə oxşar, eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olması, əməlindən səmimi peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal hesab edilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 48-51, 75, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə Südçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1100/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1100/2022
30.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver