Məhkəmə qərarları › İş №3(003)-1101/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1101/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1101/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası X6 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakları ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 28 iyul 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən X8 aid «Sərfəli market» adlı obyektin üzərində 28 iyul 2022-ci il tarixdə, saat 16:45-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X6 nümayəndəsi X3 bildirdi ki, 01 avqust 2021-ci il tarixdə tərəfin müraciəti əsasında 01 iyun 2022-ci il tarixədək 6 ay müddətinə müqavilə bağlanmış və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən X8 aid «Sərfəli market» adlı obyektdə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. 30 iyun 2022-ci il tarixdə hesab-faktura təqdim olunmuş və tərəf rüsumla birlikdə yayım haqqı ödəmədiyinə görə müqavilə bir tərəfli qaydada ləğv edilmişdir. 28 iyul 2022-ci il tarixdə, saat 13:00-da həmin mağazada müvafiq icazə olmadan açıq məkanda iki ədəd reklam yerləşdirilməsi faktı aşkar edilmiş və reklamın sökülməsi tələb olunmuşdur. Lakin reklam sökülmədiyindən saat 16:45-də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X7 barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən «Sərfəli market» adlı mağazanı 2019-cu ilin oktyabr ayından işlədir. Marketin sol tərəfində yerləşən reklam 2021-ci ilin sentyabr-oktyabr ayında quraşdırılmışdır. 28 iyul 2022-ci il tarixdə, saat 13:00-da X6 əməkdaşları gələrək reklamın sökülməsini tələb etmişlər. O isə kran gətirib həmin günü reklamı sökəcəyini bildirmişdir. Lakin kranın gəlməsi gecikdiyi üçün saat 16:45-də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Kran isə saat 18:00-da gələrək həmin reklamı sökmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 bildirdi ki, 21 iyul 2022-ci ildən «Sərfəli market» adlı mağazada satıcı işləyir. 28 iyul 2022-ci il tarixdə, saat 13:00-da X6 əməkdaşları gələrək reklamın sökülməsini tələb etmişlər və onlar mağazanın şüşəsində olan reklamı sökmüşlər. Lakin kran olmadığından mağazanın sol tərəfindən olan reklamı həmin vaxt sökə bilməmişlər. Saat 16-17 radələrində X6 əməkdaşları yenidən gələrək Elşən Ağayevin barəsində protokol tərtib etmişlər. Kran isə saat 18-19 radələrində gələrək həmin reklamı sökmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən X8 aid «Sərfəli market» adlı obyektin üzərində 28 iyul 2022-ci il tarixdə, saat 16:45-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X7 ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə X7 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar