Məhkəmə qərarları › İş №3(003)-1102/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1102/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1102/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X1 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Tərtər rayonu Rəcəbli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsindən (bundan sonra mətndə Xəzər RPİ 1-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 09 iyul 2021-ci il tarixdəBakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində yerləşən evinin yaxınlığında X5 mübahisə zəminində döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X8 tərəfindən 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 1-ci PŞ-nin sahə sahə inspektoru, polis leytenantı X8 protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, 09 iyul 2021-ci il tarixdə saat 09:00 radələrində evdə olan zaman küçədə səs-küy eşidib küçəyə çıxmış, küçədə X1 onun ana və atası ilə mübahisə etdiyini görmüşdür. Ruhiyyə Əliyeva onun ata və anasının üzərinə hücum çəkmişdir. O isə mübahisənin qarşısını almağa çalışmış, lakin Ruhiyyə küçədə onların ünvanında nalayiq ifadələr işlədərək onları təhqir edib, onu və anasını döymüşdür. Ruhiyyənin qızı Məhluqəyə heç bir xəsarət yetirməmişdir, bu, sadəcə yalan və böhtandır. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X2 izahatında göstərdi ki, 09 iyul 2021-ci il tarixdə saat 09:00 radələrində qonşusu Şəxs onun 11 fevral 2011-ci il təvəllüdlü qızı X4 döymüşdür. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, 11 fevral 2011-ci il təvəllüdlü X3 xəsarətini müəyyən etmək üçün ekzpertiza təyin edilmiş, Məhkəmə Tibbi Ekzpertizasının 13 iyul 2021-ci il tarixli 782 saylı rəyinə əsasən X3 bədəni üzərində sol yanağın, sol bazunun, sol saidin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 günədək əvvəl törənmişlər, qərarda göstərilən 09 iyul 2021-ci il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. X3 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1992-ci ildə Tərtər rayonu Rəcəbli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar