Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1104/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X1 iştirakları ilə Şəxs Natiq oğlunun xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhləliklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 02 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Natiq oğlu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-882/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Natiq oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X6 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-882/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs Natiq oğlundan 21 iyul 2017-ci il təvəllüdlü X3 və 19 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 16 iyun 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu tələbkara 1200 manat ödəniş etmiş və bu günə aliment borcu 1420 manat təşkil edir. Öz hərəkətləri ilə Şəxs Natiq oğlu qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında tələbkar X5 göstərdi ki, borclu məhkəmə qətnaməsindən sonra ona cəmi 300 manat aliment ödəmişdir. Məhkəmə tərəfindən verilmiş müddət ərzində də, 300 manat ödəniş etmişdir. Ona görə də, borclunun tutulmasını istəmir. Məhkəmə iclasında borclu Şəxs Natiq oğlu göstərdi ki, fəhləliklə məşğul olur və işlədikcə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-882/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra sənədinə əsasən uşaqların saxlanması üçün az da, olsa aliment ödəmişdir. Məhkəmə tərəfindən verilmiş müddət ərzində isə 300 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə olmaqla ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natiq oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 882/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Natiq oğlundan 21 iyul 2017-ci il təvəllüdlü X3 və 19 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 24 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə olunmuş 12 avqust, 14 avqust, 17 avqust və 19 avqust 2022ci il tarixli qəbzlərdən görünür ki, Şəxs Natiq oğlu 200 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Natiq oğlu tələbkara olan borcunu tam ödəyə bilməsə də, işlədiyi müddətdə aliment borcundan ödəniş etmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-882/2020 saylı, 01 iyun 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Hazırda isə tələkara olan borcundan tələbkarın bildirdiyinə görə 300 manat ödəniş etmişdir və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natiq oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Natiq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1104/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1104/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver