Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1108/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 05 iyun 2022-ci il tarixdə Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində gedən 4 yol ayrıcında sürücü Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil və sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, həmçinin, “Toyota Corolla” markalı 55-CC-93 qeydiyyat nişanlı avtomobilin sərnişini İran İslam Respublikasının vətəndaşı X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxslər və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 05 iyun 2022-ci il tarixdə idarə etdiyi “Toyota Corolla” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olan zaman “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobildə olan sərnişin İran İslam Respublikasının vətəndaşı X3, “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarəti almışlar. Əməlindən peşmandır. Məhkəmə əvvəlki iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 05 iyun 2022-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı **-ZY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur, nəticədə o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Zərərçəkmiş şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında Zərərçəkmiş şəxs3 göstərdi ki, 05 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-ZY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur, hadisə zamanı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olmuş və o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Zərərçəkmiş şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında Zərərçəkmiş şəxs4 göstərdi ki, 05 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-ZY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olan zaman Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur, hadisə zamanı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə olmuş və o, yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda Zərərçəkmiş şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 06 iyun 2022-ci il tarixli, 662 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X7” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 05 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 08 iyun 2022-ci il tarixli, 679 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sol dirsəyin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 4-5 gün əvvəl olmaqla, qərarda göstərilən 05 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 07 iyun 2022-ci il tarixli, 14/t saylı rəyində görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – dodaq nahiyyəsinin əzulmiş yarası küt əşya təsirindən törənmişlər, törənmə müddətləri onun “X7” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 05 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 08 iyun 2022-ci il tarixli, 680 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sol qaşın əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X7” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 05 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 iyul 2022-ci il tarixli qərardan müəyyən olunur ki, 05 iyun 2022-ci il tarixdə Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində gedən 4 yol ayrıcında sürücü Şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobilin toqquşmuş və nəticədə “Mercedes” markalı **-ZY-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, həmin avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, həmçinin, “Toyota Corolla” markalı 55-CC-93 qeydiyyat nişanlı avtomobilin sərnişini İran İslam Respublikasının vətəndaşı X2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1108/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1108/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver