Məhkəmə qərarları › İş №3(003)-1112/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1112/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1112/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X16, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X21 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* və 03 avqust 2022-ci il tarixli, MN ******* saylı saylı protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X21 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 05 iyul 2022-ci il tarixdə X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 ünvanında yerləşən yarımtikilidən 1 ədəd “Cordinal” markalı 32 kv. su qızdırıcısı, 1 ədəd laqonda və 1 ədəd prefaratoru oğurlayaraq A.Əliyevə 450 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədovun 15 iyul 2022-ci il tarixli qərarı ilə X6 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra o, 15 iyul 2022-ci il tarixdə X12 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 ünvanında yerləşən fərdi yaşayış evindən 100 manat məbləğində nəğd pulu gizli yolla oğurlayaraq ona 100 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsizadənin 25 iyul 2022-ci il tarixli qərarı ilə X7 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.Daha sonra o, 16 iyul 2022-ci il tarixdə X2 yaşadığı evin həyətindən B.Babaxanova məxsus 1 ədəd velosipedi oğurlayaraq ona 200 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsizadənin 24 iyul 2022-ci il tarixli qərarı ilə X2 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra o, 07 iyul 2022-16 iyul 2022-ci il tarixləri aralığında X11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 ünvanında yerləşən fərdi yaşayış evindən uzunluğu 50 metr olan elektrik naqilini oğurlayaraq A.Babayevə 70 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubovun 27 iyul 2022-ci il tarixli qərarı ilə X9 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.Daha sonra o, 18 iyul 2022-ci il tarixdə X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 ünvanında yerləşən fərdi yaşayış evindən içərisi dəmir pullarda dolu bankanı oğurlayaraq M.Salayevə 100 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Anar Hacıyevin 28 iyul 2022-ci il tarixli qərarı ilə X1 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır.Daha sonra o, 20 iyul 2022-ci il tarixdə X10 məxsus “VAZ 2107” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd akkumlyatoru oğurlayaraq D.Əliyevə 90 manat məbləğində ziyan vurmuşdur. Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsirzadənin 30 iyul 2022-ci il tarixli qərarı ilə X8 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 26 iyul 2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru İlqar Mehdiyev tərəfindən X4 qarşı törədilmiş xırda talama hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati icraat açılmışdır. 02 avqust 2022-ci il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyini etiraf edərək, əməlindən peşman olmasını qeyd etmiş və inzibati protokolun təmin edilməsini məhkəmənin mülahizəsinə saxladığını bildirmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X6 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 24 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, X8 şikayəti əsasında toplanmış cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Həmin Məcəllənin 227-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin dispozisiyası oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsini özündə ehtiva edir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 6 epizod üzrə talama əməlini törətmiş, iki epizod üzrə isə dəymiş ziyanın miqdarı yüz manatdan yuxarı müəyyən edilmişdir. Belə ki, onun tərəfindən X5 dəymiş ziyanın miqdarı 450 manat, X4 isə dəymiş ziyanın miqdarı 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin törədilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi ilə bağlı nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki iş üzrə əməl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxslərə məxsus yaşayış sahəsinə daxil olmaqla törədilmişdir və iki epizod üzrə zərərəçəkmiş şəxslərə dəymiş ziyanın məbləği yüz manatdan yuxarı təşkil etmişdir. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət tərkibi oduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* və 03 avqust 2022-ci il tarixli, MN ******* saylı saylı protokollar və əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* saylı, 03 avqust 2022-ci il tarixli, MN ******* və 03 avqust 2022-ci il tarixli, MN ******* saylı saylı protokollar və əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar