Məhkəmə qərarları › İş №3(003)-1116/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1116/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1116/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, ev 12-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsi xx.xx.2016-cı il tarixdə icra şöbəsinə daxil olmuş, həmin icra sənədinə əsasən Şəxs məxsus “VAZ-21723” markalı, 90-SЈ-092 dövlət qeydiyyat nişanlı, avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 9177,25 manat borc “Nikoyl” X4 ödənilməlidir. Şəxs həmin avtomobili 2900 manata başqa şəxsə satdığını bildirir və icra sənədi üzrə hal-hazıradək heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2923/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 5674 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Çağırışlara gəlmədiyindən barəsində axtarış elan olunmuş, hazırda polis vasitəsilə icra şöbəsinə gətirilmişdir. Hər iki icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Həmçinin bildirdi ki, əvvəllər əmək haqqısına yönəldilmə aparılmış, lakin işdən çıxdığından tutulmalar aparılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər işləməmiş və imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda rəsmi qaydada işləyir, ayda 600 manat əmək haqqı alır. 8 aydır ki, rəsmi qaydada "xxxx" MMC-də işləyir. Ona görə borcunun əmək haqqına yönəldilməsini xahiş edir. Həmçinin bildirdi ki, “Nikoyl” Bankdan borcu barədə soruşmuş və ona bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı müvafiq fərmanına əsasən borcu azadılmış, onun hazırda borcu 2735 manatdır. Hər iki icra sənədi üzrə hal-hazıradək ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahatında bildirdi ki, icra sənədi üzrə heç bir ödəniş aparılmadığından Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2495/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı “Nikoyl” X2 xeyrinə cavabdehlər Şəxs və X3 müştərək qaydada 7085,18 manat əsas borc, 2002,93 manat faiz borcu, 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 39,14 manat, ümumilikdə 9177,25 (doqquz min yüz yetmiş yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, tutma, ipoteka predmeti olan cavabdeh Şəxs məxsus “VAZ-21723” markalı, 90-SЈ-092 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, ХТА**********7216 ban və ******* mühərrik nömrəli tünd göy metal rəngli minik avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 9177,25 manat borc “Nikoyl” X4 ödənilməli, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdeh Şəxs verilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə ümumi qaydada icra edilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2923/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə 5674 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan icra vərəqələri üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər Şəxs rəsmi qaydada təqdim edilmiş, onun adına əmlakın (daşınar və daşınmaz, bank hesabları və s.) olub-olmaması barədə icra məmuru tərəfindən müxtəlif orqanlara, banklara sorğular edilmiş, lakin borclunun adına icra sənədi üzrə tələbin yönəldilə biləcək hər hansı bir əmlak aşkar edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Şəxs icra şöbəsinə gəlmədiyindən onun barəsində axtarış haqqında icra məmuru tərəfindən qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri barədə məlumatı var, lakin icra sənədlərindəki göstərilmiş tələbləri qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Hər iki icra sənədinin verilmə tarixdən uzun müddət keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinin səbəbi isə bildirdiyinə görə əvvəllər işləməməklə imkanının olmaması olmuşdur. Həmçinin bildirməsinə əsasən 8 aydır işləməklə əmək haqqı almasına baxmayaraq bu müddət ərzində də hər iki icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar