Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1118/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (bundan sonra Şəxs MMC-nin) nümayəndəsi və vəkili X9 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 02 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “ALKE” adlı obyektin müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X11 tərəfindən 02 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 göstərdi ki, 02 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “ALKE” adlı obyektin müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu barədə Şəxs MMC-nin barəsində 02 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs MMC-nin barəsində inzabati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X13 ərizə təqdim edərək göstərdi ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən 02 avqust 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 428.7.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edirlər ki, həmin protokol qanunsuz və əsassız tərtib olunduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən 02 avqust 2022-ci il tarixdə tərtib olunmuş protokol qanunsuz olaraq "xxxx" MMC barəsində tərtib edilmişdir. Çünki protokolda qeyd olunan ərazi və tikili, yəni Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Mərdəkan-Zaqulba-Bilgəh yolu 3 ünvanda yerləşən 182,8 kv.m ölçüdə yanacaq doldurma sahəsi "xxxx" MMC-yə yox, “”AKELİK GROUP” MMC-nə məxsus olmaqla 27 yanvar 2022ci il tarixdə X3 rəsmi qaydada icarəyə verilmişdir və hazırda da həmin şəxsin icarəsində və istifadəsindədir. Prokotolda qeyd olunan obyekt və torpaq sahəsi heç vaxt "xxxx" MMC-nin mülkiyyətində olmamış və qeyd olunan inzibati xətanın aşkar edildiyi dövrdə həmin obyekt və ərazi "xxxx"MMC-nin nə istifadəsində, nə icarəsində, nə də mülkiyyətində olmamışdır. Belə olan halda həmin obyektin üzərində olan reklamla bağlı "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilməz. Bundan başqa, "xxxx" MMC-nin bank hesablarından çıxarışları da təqdim edərək bildirirlər ki, "xxxx" MMC-nin rəsmi olaraq heç vaxt fəaliyyəti olmamışdır. Əgər həmin cəmiyyət fəaliyyət göstərmiş olsaydı yanacağın alışını və satışını həyata keçirməli idi ki, yanacaq məhsulları da topdan satış müəssisələrindən yalnız rəsmi qaydada yazılı müqavilə əsasında alınır və pulu da bank hesabı vasitəsilə ödənilir. Ona görə də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən 02 avqust 2022-ci il tarixdə "xxxx" MMC barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxsdir, hüquqi ünvanı ünvan 3sə X6r. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki ki, yanacaq doldurma məntəqəsinin üzərində “Alke” yazılmış reklam olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən "xxxx" MMC-nin (VÖEN: **********, hüquqi ünvan: Bakı şəhəri Xətai rayonu Gen. Mehmandarov küçəsi ev 18F) adından icarədar X7 ilə X4 arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Mərdəkan-Zaqulba-Bilgəh yolu 3 ünvanda yerləşən 182,8 kv.m ölçüdə yanacaq doldurma sahəsi kimi icarədarın bir il müddətə istifadəsinə verir. Məhkəmədə müəyyən olundu ki, 02 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “ALKE” adlı obyektin müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu barədə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X11 tərəfindən 02 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs MMC ********** nömrəli VÖEN əsasında kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxsdir, hüquqi ünvanı ünvan 5” MMC ********** nömrəli VÖEN əsasında kommersiya fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. hüquqi ünvanı isə ünvan 6ibati protokol tərtib edilərkən ünvan 1 ünvanında fəaliyyət göstərən yanacaq doldurma məntəqəsi X1 icarəsində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 428.7.-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 53,105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1118/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1118/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver