Məhkəmə qərarları › İş №3(003)-1119/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1119/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1119/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikasının X11 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının X11 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən X3 məxsus “Özgüven” adlı obyektin üzərində müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdiriliməsi faktı müəyyən edilmişdir. Bu barədə X2 barəsində Azərbaycan Respublikasının X11 Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X10 tərəfindən 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəhriyar Vahabzadənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X11 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X8 göstərdi ki, X4 01 avqust 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Özgüven” adlı obyektin üzərində müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdiriliməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən X4 barəsində tərəfindən 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, X4 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Ona görə də X2 barəsində inzabati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü təqsirli bilməyərək göstərdi ki, əvvəl bağladığı müqavilənin müddəti bitəndən sonra maddi imkanı olmadığı üçün agentliyin əməkdaşlarından möhlət istəmiş, bu barədə xəbərdarlıq da etmiş, lakin ona heç bir reaksiya verilməmişdir. O, xəstə olarkən dükanın şəkilləri çəkilmiş və ona zəng edilərək xəbər verilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. X11 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X1 Nazirliyi yanında Bakı şəhəri X12 Departamentində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və o, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkardır. Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə hesab edir ki, Şəhriyar Vahabzadə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan o, vəzifəli şəxs kimi tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq X2 Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X4 Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar