Məhkəmə qərarları › İş №3(003)-112/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-112/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-112/2021 06.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bəyaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 28D ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2986/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Cahedsəmərin Məcidin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu adı çəkilən icra sənədini qəsdən icra etmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-155/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, 2020-ci ilin mart ayında bir dəfəyə 1200 manat ödəniş etdikdən sonra ödəniş etməmiş və indiyə qədər 2400 manat aliment borcu yaranmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə borclu barəsində axtarış elan edilmiş, xx xxxxxx 2020-ci il tarixdə o, Şöbəyə gələrək ondan izahat alınmış, həmin vaxt borclu ödəniş etməkdən ötrü ona 10 gün vaxt verilməsini xahiş etmiş və onun üçün həmin imkan yaradılmışdır. Lakin xx xxxxxx 2021-ci il tarixdə borclu Türkiyə Respublikasına uçmaq istəyərkən H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılmış və Xəzər rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Məhkəmənin gedişində borclu tələbkara 1200 manat ödəniş etmiş, qalan 1200 manat aliment borcunu da iki ay müddətində ödəyəcəyi barədə yazılı iltizam vermişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5 göstərdi ki, o, indiyə qədər borcluya aliment borcundan ödəniş etmək üçün dəfələrlə güzəşt etmişdir, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-155/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə borclunun barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edildikdən sonra borclu 2020-ci ilin mart ayında ona 1200 manat ödəniş etmiş, ondan sonra heç bir ödəniş etməmiş, 2400 manat aliment borcu yaranmışdır. Lakin hazırkı məhkəmənin gedişində borclu ona 1200 manat ödəniş etmiş, qalan 1200 manat aliment borcunu da iki ay müddətində ödəyəcəyi barədə yazılı iltizam vermişdir. 2020-ci ilin mart ayında borclunun ayağı sındığı üçün uzun müddət yataq xəstəsi olaraq müalicə olunduğundan və pandemiya ilə əlaqədar hazırda heç bir yerdə iş tapa bilmədiyindən xəbəri vardır. Buna görə də o, borclu ilə razılaşmışdır, hazırda borcluya inzibati tənbeh verilməsini istəmir və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır, lakin tələbkara da məlum olduğu kimi, 2020-ci ilin mart ayında ayağı sındığı üçün uzun müddət yataq xəstəsi olaraq müalicə olunduğundan və pandemiya ilə əlaqədar hazırda heç bir yerdə iş tapa bilmədiyindən, maddi vəziyyəti xeyli pisləşdiyi üçün aliment borcunu tam ödəyə bilmir. Buna baxmayaraq, hazırkı məhkəmənin gedişində tələbkara 1200 manat ödəniş etmiş, qalan 1200 manat aliment borcunu da iki ay müddətində ödəyəcəyi barədə yazılı iltizam vermişdir, tələbkar onunla razılaşmışdır. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 2400 (iki min dörd yüz) manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 1200 ( bir min iki yüz) manat ödəniş edərək qalan 1200 ( bir min iki yüz) manat məbləği də iki ay ərzində hissə-hissə olmaqla tam ödəyəcini vəd etmiş və tələbkar da onunla razılaşaraq onun barəsində olan hazırkı inzabati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 28D ünvanında yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar