Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1126/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Xəzər RPİ 1-ci PŞ-nin 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qeyd olunan qərar əsassızdır. 26 yanvar 2022-ci il tarixdə saat 11:25-də mən DİN-nin 102 zəng mərkəzi ilə əlaqə saxlayaraq 216 saylı məktəbdə qızım X12 adlı məktəbli tərəfindən döyülməsini bildirmişdir. Belə ki, qızı 8-ci sinif şagirdi olmaqla hal-hazırda Xaşa-Xuna bağ massivində yerləşən 216 saylı tam orta məktəbdə təhsil alır. 25 yanvar 2022-ci il tarixdə həmin məktəbin 7-ci sinif şagirdi yıxılan zaman qızının sinif yoldaşı Günəş həmin qızın yıxılmasına gülümsəmişdir. Bundan sonra, Bilqeyis adlı adlı qız Günəşin saçlarını yolmuş, həmin vaxt qızı Sevda Bilqeyisin saçını tutmuş, Bilqeyis isə onun sifətinə şillə ilə vurmuşdur. 26 yanvar 2022-ci il tarixdə Bilqeyisin böyük bacısı Xədicə məktəbin bufetinə gəlmiş, Günəşi şillə ilə vurmuş, Sevdanın saçından tutaraq yolmuş və sifət nahiyəsini əli ilə cırmaqlamışdır. 26 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında da qeyd edilmişdir ki, direktor tərəfindən verilən məlumata görə direktorun otağında Əhmədzadə Xədicə ona müəllim heyətinin və direktorun yanında hücum etmişdir. O, heç bir şəxsə hücum etməmiş, lakin bu digər hallarla sübut olunmadığı halda onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul edilmişdir. Ona görə də onun barəsində qəbul edilmiş 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək, sadaladıqları faktlara və qanunlara istinadən barəsində çıxarılmış qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edir. Qərarından şikayət verilən orqana – Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 26 yanvar 2022-ci il tarixli, 87 saylı rəyindən görünür ki, 1.X6 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – üst və alt dodağın, boyunun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğyn gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 2.X.B. Əhmədzadənin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materilallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti X2 barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Xəzər RPİ 1-ci PŞ-nə göndərilmişdir. İş materilallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materilallarına əlavə edilmiş 216 nömrəli tam orta məktəbin direktoru X15 RPİ-yə ünvanladığı məktubdan görünür ki, Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə xx.xx.2022-ci il tarixində valideyn və şagirdlər arasında insident yaşandı. Belə ki, xx.xx.2022-ci il tarixində məktəbin 7b sinif şagirdi Əhmədzadə Bilqeyis məktəbin dəhlizində ayağı sürüşüb və yerə yıxılıb bu hadisəni görən məktəbin digər şagirdləri gülüb. Yıxılan uşaq evə gedərək böyük bacısına hadisə barədə danışıb. Böyük bacısı Əhmədzadə Xədicə məktəbin 9b sinifində təhsil alır, olduqca aqressiv şagirddir. Şagirdlə sinif rəhbəri və psixoloq dəfələrlə görüşüb və söhbət aparıb. Təyin olduğum vaxtdan şagird haqqında məlumatım var. Əhmədzadə Xədicə xx.xx.2022-ci il tarixində tənəffüs vaxtı bufetə gedərək onun bacısına gülən qızlara hücum edib, Hamısına sillə vurub qızlardan biri ayırmaq üçün araya girəndə həmin qızın məktəbin 8b sinif şagirdi Muradova Sevdanın üz-gözünü, boynunu, boğazını cırmaqlayaraq qanadıb. Anındaca akt tərtib edib, hadisə şahidləri ilə aktı imzaladıq. Hər iki şagirdin valideynlərini məktəbə çağırmışdır. Əhmədzadə Xədicənin atası məktəbə gəldi və Xədicənin davranışalrı haqqında, şagirdlərlə ünsiyyəti haqqında valideynə məlumat vermişlər. Daha sonra, məktəbə döyülən qızın anası gəldi qızının üzgözünü cırıq-cırıq gördüyü üçün direktorun xidməti otağına çox həyəcanlı və əsəbi halda daxil olmuş və Əhmədzadə Xədicəyə yaxınlaşdı ki, “qızımı niyə döymüsən” elə bu anda X9 Sevdanın anasına da direktorun xidməti otağında hücum çəkmiş onun, müavinlərin, sinif rəhbərinin, öz atasının və şagirdlərin qarşısında döymüşdür. Onlar dörd nəfər valideyni Əhmədzadə Xədicənin əlindən ala bilməmişlər. Muradova Sevdanın anası otaqdan çıxaraq 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, hadisə ilə bağlı akt tərtib eləmiş, hadisə şahidləri öz imzaları ilə aktı təsdiq etmişlər və daha sonra 102 xidmətinin sahə inspektorunu məlumatlandırmışdır. Polis şöbəsinin rayon üzrə baş tədqiqatçısı məktəbə gəlmiş və hadisə iştirakçılarının izahatını almışdır. Xəsarət görən şagirdləri ekspertizaya aparmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur Məhkəmə iclasında müəyyən olundu ki, 26 fevral 2022-ci il tarixli qərarına əsasən baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti X2 barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün Xəzər RPİ 1-ci PŞ-nə göndərilmişdir. Bakı şəhəri Xəzər RPİ 1-ci PŞ-nin 07 may 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materilallarına əlavə edilmiş 216 nömrəli tam orta məktəbin direktoru X15 RPİ-yə ünvanladığı məktubdan da göründüyü kimi, məktəb direktorunun, onun müavinlərinin, sinif rəhbərlərinin gözü önündə olmuş direktorun xidməti otağında X3 X4 döymüş, lakin X10 Əhmədzadəni döyməsi öz təsdiqi tapmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X2 X5 döyməsini inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, X7 Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarını 01 avqust 2022-ci il tarixdə rəsmi qaydada aldığından qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.1.1, 105.1, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsinin 05 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1126/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1126/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver