Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1127/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər İdarəsinin nümayəndələri X1 və X2, protokol tərtib edən şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 03 avqust 2022-ci il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivi ünvanında yerləşən fərdi sahibkar X6 aid «Atlı Restoran» adlı obyektin üzərində 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, X9 «Atlı Restoran» adlı obyektə reklam yerləşdirilməsi üçün müraciət etmiş, lakin rüsumlar tam ödənildikdən sonra 12 ay müddətinə müqavilə bağlanacaqdır. Tural Hüseynov 63,27 manat ödəniş etmiş və 45 manat borcu qalmışdır. 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivi ünvanında yerləşən «Atlı Restoran» adlı obyektin üzərində 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da müvafiq icazə olmadan açıq məkanda iki ədəd reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmamına əsasən 1 kv.m-dən az olan reklam üçün icazə almaq lazım deyildir. Buna görə də, fərdi sahibkar X4 haqqında idarənin əməkdaşı X11 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X4 barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 nümayəndə X1 izahatına uyğun, eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü təqsirli bilməyərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivi ünvanında yerləşən «Atlı Restoran» adlı obyekti 2022-ci ilin yanvarmart aylarında icarə əsasında işlətmişdir. Lakin mart ayında obyektdən oğurluq olduğuna görə bağlayıb təhvil vermişdir. Ondan sonra obyekti Emin Qafarov adlı şəxs işlətmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin işçisi gələn vaxtı, yəni 03 avqust 2022-ci il tarixdə isə obyekti Şəhriyar Həsənov adlı şəxs işlətmişdir, hal-hazırda da, obyekti həmin şəxs işlədir. Bundan başqa onlara bildirmişlər ki, 1 kv.m-dən az reklama icazə almağa ehtiyac yoxdur, ona görə də, o, obyekti işlədəndə bir ədəd 1 kv.m-dən az reklam olmuşdur. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs X11 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər İdarəsində böyük müfəttiş vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivi ünvanında yerləşən «Atlı Restoran» adlı obyektin üzərində 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da müvafiq icazə olmadan açıq məkanda iki ədəd reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Buna görə də, fərdi sahibkar X4 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Bakı şəhər İdarəsində böyük müfəttiş vəzifəsində işləyir. 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yeni yaşayış massivi ünvanında yerləşən «Atlı Restoran» adlı obyektin üzərində 03 avqust 2022-ci il tarixdə, saat 17:30-da müvafiq icazə olmadan açıq məkanda iki ədəd reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. X9 özünü təqsirli bilməyərək 2022-ci ilin yanvar-mart aylarında obyekti icarə əsasında işlətdiyini, mart ayında təhvil verdiyini, ondan sonra obyekti Emin Qafarov adlı şəxs, 03 avqust 2022-ci il tarixdə isə Şəhriyar Həsənov adlı şəxs işlətdiyini bildirsə də, həmin obyektdə onun adına açılmış ********** nömrəli VÖEN işlədilir. Bundan başqa onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair müqaviləni təqdim edəcəyini bildirsə də, bunu təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə X4 özünü təqsirli bilməməsi özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə X4 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1127/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1127/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver