Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1128/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X5 idarəsinin nümayəndəsi X2 iştirakları ilə Şəxs xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, musiqiçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Bakı şəhər Baş Polis İdarəsi X5 idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 31 iyul 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 31 iyul 2022-ci il tarixdə, saat 01:53-də idarə etdiyi «Changan Eado» minik markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 31 iyul 2022-ci il tarixdə gecə saatlarında «Changan Eado» minik markalı, **-LP-*** dövlət nömrə nişanlı avtomobil ilə «SeeBreez» istirahət mərkəzindən çıxarkən YPX əməkdaşı onu saxlamışdır. Onun sərxoşluğunu alkotesterlə yoxlamışlar və onun sərxoş olduğu məlum olmuşdur. Avtomobil dostu Fəridə məxsus olmasına baxmayaraq o, idarə etmiş və həmin vaxt dostu yanında olmuşdur. O, 20 ildən artıqdır ki, avtomobil idarə etməsinə baxmayaraq sürücülük vəsiqəsini təxminən 1 ay əvvəl almışdır. Hal-hazırda da, avtomobil idarə edir. Barəsində hər hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X5 idarəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsini qəbul edir. Ona görə də, onun barəsində qanun müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə olunan 31 iyul 2022-ci il tarixli Alkotester məlumatından görünür ki, Şəxs sərxoşluq dərəcəsi 0,376 promildir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs sərxoş halda avtomobili idarə edərək yolhərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, onun əməlinin ictimai təhlükəliliyini, işinin bilavasitə nəqliyyat vasitəsindən asılı olmadığını və hazırda avtomobilinin olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1128/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1128/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver