Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-113/2021 04.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2017 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 30000 (otuz min) manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu iddiaçı X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2017 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 3124/2017 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 30000 (otuz min) manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu iddiçı X4 xeyrinə tutulmalıdır. Müxtəlif tarixlərdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında hal-hazırda maddi vəziyyətinin pis olması, ürək və asma xəstə olması ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirmiş, icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər icra etməmişdir. Borclu ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, icra vərəqəsi üzrə olan borcu ödəməyin onun vəzifəsi olduğunu bilir, lakin maddi vəziyyəti pis, ərinin iflic, özünün isə ürək və asma xəstə olması ilə əlaqədar qədər borcunu ödəyə bilməmişdir. Bu səbəblərdən də heç bir yerdə işləmir. İndiyə kimi borcundan 500 manat ödəniş etmişdir. Borcun ödənilməsindən yayınmır. Ona bir qədər möhlət verilərsə borcunu hissə-hissə ödəyə biləcəkdir. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş V-JQ № 391242 saylı xx xxxx 1990-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 xx xxxx 1990-cı il tarixdə Lenin rayonu VVAQ şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 878 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X7 beyin qan dövranı pozğunluğu xəstəliyi, həmçinin, onunla yanaşı diabetik polineyropatiya xəstəliyi vardır. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan çıxarışın surətindən görünür ki, Şəxs bronxit asma xəstəliyi vardır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qanuni qüvvədə olan icra vərəqəsini müxtəlif bəhanələrlə icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin himayəsində dörd azyaşlı və yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-113/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-113/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver