Məhkəmə qərarları › İş №3(003)-1130/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1130/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1130/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X5 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi – 4600 (dörd min altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Səlahiyyətli orqanın 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 07 avqust 2021-ci il tarixdə, saat 03:50 radələrində B2 739 saylı Minsk-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı X5 (Pasport: 66 № 1964495) əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. Sərnişin “Qırmızı Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman monitorda mobil telefonların təsviri əks olunduğundan və əməliyyat məlumatının yoxlanılmasından ötrü əməkdaşlar tərəfindən çantalarına yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuşdur. Otaqda hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı X4 məxsus qəhvəyi rəngli əl çantasının içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 4 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefon aşkar edilmişdir. Aparılan araşdırma ilə əlaqədar qeyd olunan malların ekspertizasının keçirilməsindən ötrü 09.08.2021-ci il tarixli 1900-013/001- 22/002480 saylı məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 13.08.2021-ci il tarixli, 9/5527 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti olmayan 1 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefonun 07.08.2021-ci il tarixə orta bazar qiymətinin 2300 manat, 4 ədədinin isə 9200 manat müəyyən edildiyi göstərilmişdir. Nəticədə X5 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə Azərbaycan Respublikasının vətəndaşı X5 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi – 4600 (dörd min altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X5 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasından 05.08.2021ci il tarixdə qohumları üçün hədiyyə olaraq 4 ədəd “İphone-12 Pro Max, Gold, 256 GB” markalı mobil telefon alaraq Minsk-Bakı aviareysi ilə Azərbaycana gəlmişdir. Hava limanında olarkən “Qırmızı Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman həmin 4 ədəd “İphone – 12 Pro Max, Gold, 256 GB” markalı mobil telefonu özü gömrük əməkdaşlarına təqdim edərək bildirmişdir ki, 300 manat ödəniş olunmalıdır. Bir qədər keçdikdən sonra ona bildirmişlər ki, ödəniş olunmayacaq, mallar müsadirə olunacaqdır. Daha sonra onun barəsində 00800/0116 saylı qərara əsasən 4600 manat miqdarda cərimə tənbeh növü tətbiq olunmuşdur. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaların 3.3-cü bəndinə əsasən “Qırmızı kanal” buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilmədikdə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. Qanunun bu tələbini nəzərə alaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, ölkə ərazisinə gətirdiyi mobil telefon avadanlıqlarını gömrük sərhədinə gətirdikdən sonra yazılı formada bəyan etmək üçün “Qırmızı kanal” buraxılış sisteminin gömrük əməkdaşlarına yaxınlaşmışdır. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir, yəni onun Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları bəyan etməməsi öz təsdiqini tapmamışdır. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verilmiş şikayətə etiraz edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarından göstərilənlərə uyğun məzmunda izahat verrərək qərarın qanuni olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq, X2 “Qırmızı Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdiyini təsdiq etmişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin çıxışını dinləyərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Hazırki halda səlahiyyətli orqan tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmasına əsas olaraq onun “Qırmızı Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman ona məxsus qəhvəyi rəngli əl çantasının içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 4 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefon aşkar edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. İşin müəyyən edilmiş hallarından görünür ki, X7 ilk növbədə gömrük rəsmiləşdirilməsinin başlanması üçün bu barədə gömrük əməkdaşlarına məlumat verərək, niyyətini şifahi formada gömrük orqanına bildirmişdir. Belə olan halda səlahiyyətli orqan tərəfindən gömrük rəsmiləşdirilməsi başlanmalı olduğu halda, lakin bu nəzərə alınmamış və L.Fominaya məxsus çantalara baxış keçirilərək ona məxsus qəhvəyi rəngli əl çantasının içərisindən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və elektron formada bəyan edilməmiş 4 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefon aşkar edildiyi əsası ilə, onun barəsində gömrük sərhədindən keçirilən malların bəyan edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin səlahiyyətli orqan göstərilən qənaətə gələrkən qanunvericiyilin tələblərini nəzərə almamışdır. Belə ki, X3 gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirməsi onun gömrük sərhədindən keçirilən malları bəyan etmək barədə niyyətinin olmasına dəlalət edir. Səlahiyyətli orqan tərəfindən ən əsası gömrük sərhədindən keçirilən malların sadələşdirilmiş bəyannamə verilməklə yazılı (kağız üzərində və ya elektron) formada bəyan edilməsi üçün X7 tərəfindən “Qırmızı Kanal” buraxılış sistemindən istifadə edilməsi ümumiyyətlə nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 300.1-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. Həmin Məcəllənin 300.3-cü maddəsinə əsasən “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Həmin Məcəllənin 300.4-cü maddəsinə əsasən fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. Həmin Məcəllənin 304.1-ci maddəsinə əsasən “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir. Həmin Məcəllənin 304.3-cü maddəsinə əsasən “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir. Hazırki halda X1 məxsus qəhvəyi rəngli əl çantasının içərisində saxladığı 4 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefonları yazılı formada bəyan etməli olmadığı, həmin malların gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan keçirilməsi istəyində olsaydı bunun üçün “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməyə cəhd göstərərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 9.1-ci bəndinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq edilir. Həmin Qaydaların 9.2-ci bəndinə əsasən “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. Həmin Qaydaların 9.3-cü bəndinə əsasən “Qırmızı kanal” buraxılış sistemi bu Qaydaların 10 nömrəli əlavəsində göstərilmiş formada mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulur. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən fiziki şəxslər kağız üzərində yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Qaydaların 9.3-cü bəndində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər. Həmin Qaydaların 9.9-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il tarixli qərarından göstərmişdir ki, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir (Gömrük Məcəlləsinin 300.1, 300.2 və 304.1-ci maddələri). Oxşar tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.2, 3.1-3.4-cü bəndləri ilə də müəyyən edilmişdir. Beləliklə, qanunverici tərəfindən gömrük orqanlarına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamənin şifahi formada təqdim edilməsi (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) fiziki şəxslər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi müəyyən edilmişdir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur .(Gömrük Məcəlləsinin 113.1-ci maddəsi). Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ü.Rzayev tərəfindən tərtib edilmiş “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X1 verilən suallara cavab olaraq onun çantasından aşkar olunduğu göstərilmiş 4 ədəd “İphone 12 Pro Max, Pacific Blue, 256GB” markalı mobil telefonları kommersiya məqsədləri üçün deyil, rəfiqələri və anası üçün hədiyyə aldığını, bundan əvvəl bu formada mal gətirmədiyini bildirmişdir. Belə olan halda həmin mallara münasibətdə “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalar”ı tətbiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 3.3-cü bəndinə əsasən “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. Qanunvericiliyin tələblərindən göründüyü kimi fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı həmin malların bəyan edilməsinin iki forması nəzərdə tutulmuşdur. Şəxs həmin malları elektron formada bəyan etmək istədikdə gömrük sərhədinə gətirilənədək əvvəlcədən bəyan etməlidir. Lakin yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunma həmin mallar gömrük sərhədinə gətirildikdən sonra aparılır. Beləliklə məhkəmə hesab edir ki, X7 tərəfindən gətirilmiş mallar istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmadığından, həmin malların yazılı (kağız üzərində və ya elektron) formada bəyan edilməsi üçün L.Fomina tərəfindən “Qırmızı kanal” buraxılış sistemindən istifadə edildiyi müəyyən edildiyindən, “Qırmızı kanal“ buraxılış sistemində malların yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunmasının gömrük sərhədinə gətirildikdən sonra nəzərdə tutulduğundan, L.Fomina barəsində həmin malların gömrük nəzarətinə təqdim edilmədiyi, şifahi, yazılı və elektron formada bəyan edilmədiyi əsası ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır: Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbləri və işin halları baxımından X5 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18 avqust 2021-ci il tarixli, 00800/0116 saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 18.08.2021-ci il tarixli, 00800/0116 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar