Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1132/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 iştirakı ilə, X3 onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 243.0.1-ci maddəsinə əsasən tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokolu ilə əlaqədar qəbul olunmiş İnzibati xəta haqqında cərimə qərarına xitam verilməsi haqqında şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Xəzər RPİ-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X5 şikayəti müdafiə edərək göstərdi ki, "Azneft" İB "Abşeronneft" NQÇİ-nin rəhbərliyinin SOCAR-in Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanladığı xx.xx.2023-cü il tarixili məktubuna əsasən 01-xx.xx.2023-cü il tarixinədək (şənbə, bazar və bayram günləri daxil olmaqla) 6 (altı) ədəd iri tutumlu özüboşaldan yük maşını sifariş etmiş və ona təhkim olunmuş avtomaşınla həmin sifarışçinin "Abşeronneft” NQÇİ-nin nümayəndəsinin icraçılığı və təşkilatçılığı ilə işə başlamışdır. Nəqliyyat, xüsusi və texnoloji nəqliyyat vasitələr ilə təmin edilmə xidmətinin göstərilməsi barədə Nəqliyyat İdarəsi ilə "Azneft" İB arasında xx.xx.2023-cü il tarixli 14-2- 18/3-xx-xx/2023 nömrəli müqaviləyə əsasən o, bu xidməti yerinə yetirməyə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixində yük maşınına gündüz vaxtı yola çıxmasına qadağa olduğu üçün gecə saatlarında sifarişə əsasən neftlə çirklənmış sahələri və tələləri Örtülməsi üçün Pirallahi adasının bir neçə kilometrliyində yerləşən Zirə Türkan qəsəbələrindəki uzun illər istismar edilmiş və istismarını başa vurmuş mineral xammal yataqlarında formalaşmış tullantıları, daş qırıntılarını və daş tozlarını daşıyarkən Xəzər Poliş İdarəsinin PPX əməkdaşları tərəfindən saxlanılmışdır. Daşınan yükun müvafiq sənədi istənilmiş, onun isə yol vərəqəsindən başqa sənədi olmayıb. İdarə etdiyi nəqliyyat vasitəsinin yükü boşaldılmış, avtomaşını 3 (üç) gün DYPŞ-nin dayanacağında saxlanılmış, onu isə Xəzər RPİ-nə aparmışlar. xx.xx.2023-cü il tarixində Xəzər RPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən 1500 (bir min beş yüz) manat cərimə olunmuşdur. Ona qarşı edilmiş ədalətsizliyə etiraz edir, çünki, o, öz peşə borcunu yerinə yetirmiş, müqavilə əsasında verilən sifarişlə və "Abşeronneft" NQÇİ-nin nümayəndəsinin göstərişinə uyğun işləmişdir. İdarələrarası müqavilənin əsas sənəd olduğunu ona bildirmişlər. Heç vaxt hər hansı iş görəndə əlavə heç bir sənəd ondan istəməmişlər. Əgər bu işi hər hansı inzibati məsuliyyət yaradırsa, buna cavabdeh olan vəzifəli və hüquqi şəxslər var. O, öz başına hər hansi yükü daşımamışdır. Hesab edir ki, barəsində tətbiq edilən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin tələblərini pozmamışdır və əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, həmin yükün nədən ibarət olduğunu da göstərə bilər. O, yerin təkindən istifadə qaydalarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqana - Bakı şəhəri Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bilirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 14 mart 2023-cü il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. Məhkəmədə müəyyən olundu ki, X5 yerin təkindənistifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Belə olan halda X3 barəsində tərtib olunmuş Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli Protokol tamamilə əsassızdır. X3 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin protokol ləğv edilməli inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli Protokol ləğv edilməli və X3 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli Protokol ləğv edilsin və X3 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1132/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1132/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver