Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1133/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhəri Xəzər RPİnin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X4 şikayəti müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı **-MC-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yol gedərkən anidən dayanmış, bundan bir neçə saniyə sonra isə arxadan hərəkət edən avtomaşın onun avtomobilini vurmuşdur. Həmin şəxs barəsində cinayət işi açılmışdır və hazırda Xəzər Rayon Məhkəməsinin icraatındadır. Hadisənin baş verməsini əks etdirən videogörüntü mövcuddur, lakin buna baxmayaraq, qərarda onun əks yola çıxdığı göstərilmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi mövcud deyildir, o, öz təqsirsizliyini sübut etməyə borclu deyildir, buna görə də onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X4 şikayətini müdafiə etdi və əlavə olaraq göstərdi ki, həmin vaxt özünü pis hiss etdiyi üçün idarə etdiyi avtomaçını saxlamış, bundan bir neçə saniyə sonra isə arxadan hərəkət edən avtomaşın onun avtomobilini vurmuş və avtomaşınına maddi ziyan vurmuşdur. Lakin buna baxmayaraq, Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin əməkdaşları onun barəsində guya Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozaraq əks yola çıxması barədə protokol tərtib etmiş, sonra da həmin Protokol əsasında xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərar qəbul edilmişdir. Halbuki, hadisənin baş verməsini əks etdirən videogörüntü mövcuddur, onu məhkəməyə təqdim edir və bildirir ki, əgər həmin diskə baxış keçirilərsə, onun tam təqsirsiz olması aydın olacaqdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərarından şikayət verilən orqana - Bakı şəhəri Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bilirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manatcərimə olunmuşdur. Məhkəmə iclasında hadisənin baş verməsini əks etdirən videogörüntüyə baxış keçirilərək müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində ağ rəngli “VAZ-21074” markalı bir avtomobil dayanmış, bundan bir neçə saniyə sonra isə arxadan hərəkət edən digər bir ağ rəngli avtomaşın həmin avtomobili vurur, zərbədən ağ rəngli “VAZ-21074” markalı avtomobil fırlanır, bir qədər də qabağa sürüyür. Məhkəmədə müəyyən olundu ki, X4 hadisə vaxtı əks yola çıxmamış, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı **-MC-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yol gedərkən anidən dayanmış, bundan bir neçə saniyə sonra isə arxadan hərəkət edən avtomaşın onun avtomobilini vurmuş, zərbədən onun idarə etdiyi “VAZ-21074” markalı **-MC-*** qeydiyyat nişanlı avtomobil fırlanır, bir qədər də qabağa sürüyür. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda X3 barəsində tərtib olunmuş Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərar tamamilə əsassızdır. X3 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərarlar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə şikayət təmin edilməli, Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə onu da qeyd edir ki, X4 Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarı xx.xx.2023-cü il tarixdə almış və xx.xx.2023-cü il tarixdə həmin qərardan şikayət vermişdir və bununla da həmin qərardan şikayət vermə müddətini ötürməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında Qərarı ləğv edilsin və X2 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1133/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1133/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver