Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1134/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Şəxs ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 538-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda fəaliyyət göstərən Şəxs ASC tərəfindən xx.xx.2023-cü il tarixdə sınaq protokolları verilərkən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Bu fakt Müdafiə Nazirliyindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 10/608 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli sınaq protokolları ilə təsdiq edilir. Bununla əlaqədar Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 538-1.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Müdafiə Nazirliyi üçün təmizlik və yuyucu vasitələrin satın alınması məqsədilə xx.xx.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açıq tender müsabiqəsi keçirilmişdir. Həmin tenderin əsas şərtlər toplusunda satın alınacaq mallara aid tələblər ətraflı qeyd olunaraq malların həmin tələblərə uyğunluğunun yoxlanılması məqsədilə onların etalon nümunələrinin təqdim edilməsi iddiaçılar qarşısında şərt olaraq qoyulmuşdur. Tender zərfləri açılan zaman ümumilikdə 15 iddiaçı tərəfindən tender təkliflərinin təqdim olunduğu müəyyən edilmişdir. Lakin iddiaçıların 14-ü tenderdən kənarlaşdırılmışdır. Belə ki, 15 iddiaçıdan 2-si tərəfindən malların etalon nümunələri təqdim edilmiş, onlardan "xxxx" MMC (xx.xx.2021-ci il tarixli AZ 01.0560.01.21 nömrəli akkreditasiya attestatının surəti əlavə olunur) tərəfinden müayinə olunmuş və 7 adda maldan 3 malın tələblərə cavab vermədiyi, o cümlədən qiymet təklifinə görə 3-cü yeri tutmuș "xxxx" MMC-nin isə təqdim etdiyi nümunələrin teləblərə uyğunluğu barədə sinaq protokolları tərtib olunmuşdur. Bundan sonra tenderin nəticələri barədə xx.xx.2023-cü il tarixli 21 nõmrəli yekun protokol tərtib olunaraq xx.xx.2023-cũ il tarixli 10/370 nömrəli məktubla qeydiyyata alınması üçün Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Həmin məktubda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2023-cü il tarixli 3-21-1/2-4567/2023 nõmrəli məktubla "xxxx" MMC-nin təqdim etdiyi həmin partiyadan olan mal nümunələrinin təkrar olaraq digər laboratoriyada müayinə olunması məqsədəmüvafiq hesab olunduğuna görə sözügedən nümunələr "xxxx" ASC-də (xx.xx.2022-ci il tarixdi AZ 01.0727.01.22 nömrəli akkreditasiya attestatının surəti əlavə olunur) müayinə olunmuşdur. Müayinə üçün təqdim olunmuș 7 adda etalon nümunədən 4 adda nümunənin maye sabun, yuyucu toz, gigiyenik sabun (quru) və təsərrüfat sabununun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı, habelə digər "qabyuyan avadanlqılar üçün yuyucu maye", "yuyucu maye əl ilə yumaq üçün" və "yaxalayıcı məhlul”un standart nőmrəsi AZS ***-**** qeyd olunsa da, lakin malın həmin standarta tam uyğun olmadığı müəyyən edilmişdir. Tenderin qiymətləndirilməsi və yekun protokolun qeydə alınması mərhələsi uzun zaman çəkdiyinə görə hazırda Azerbaycan Ordusunun yuyucu vasitələrlə təminatı dayanmışdır və gündəlik fəaliyyətdə yuyucu vasitələrden istifadə olunmadığına görə şəxsi heyətin gigiyenik vəziyyəti və sağlamlığında ciddi problemlər yarana bilər. Onu da qeyd edir ki, "xxxx" ASC də xx.xx.2023-cü il tarixli 3 illik lisenziya almışdır, lakin bəzi standartlar bu lisenziyada yoxdur. "xxxx" ASC icazələri olmadan analizləri keçirmişlər. Azərbaycanda İngiltərə standartları olur, standartların siyahısı var və standartlardan kənara çıxılmamalıdır. Sınaq protokollarında ya icazə yoxdur, ya da ümumiyyətlə göstərilməmişdir, sınaqlar keçirilərkən "xxxx" ASC-nin buna müvafiq icazəsi olmamışdır. Ona görə də "xxxx" ASC barəsində tərəflərindən Azərbaycan Respublikası İXMınin 538-1.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X5 göstərdi ki, nümayəndəsi olduğu ASC özünü təqsirli hesab etmir, çünki onlar analizləri icazəsiz keçirməmişlər, 3 ildən bir lisenziya alırlar. Sadəcə olaraq, analizləri İngiltərə standartları ilə deyil, Türkiyə standartları ilə keçirmişlər. Onların müəssisələri boya buraxırlar, laboratoriya analizləri vardır, malın keyfiyyəti yoxlanılır. Eyni zamanda malın keyfiyyətiniun yoxlanılması ilə bağlı hərdənbir başqa müəssisələrə də müraciət olunur, tərəflərindən sertifikat verilir, orada lisenziya (köhnə) göstərilib, hərdən köhnə tarix qeyd olunmuşdur. Hesab edir ki, Şəxs ASC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Şəxs ASC-nin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğdə, hüquqi şəxslər iki min manat məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1134/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1134/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver