Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1137/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməyi və cərimə edilməyi barədə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 482.1-ci maddəsi ilə təqsirli bilinməyi və cərimə edilməyi barədə tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, Hava Nəqliyyat Baş Gömrük idarəsinin inspektoru X6 tərəfindən tərtib olunmuş 29 mart 2023-ci il tarixli EP N-0084352 saylı inzibati xəta haqqında protokoldan görünür ki, onun tərəfindən İXM-nın 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş normativ tələblər pozulmaqla onu bəyan edilməmiş kimi qələmə vermişlər və o, həmin an onlara heç bir günahı olmadığı, qırmızı zonadan xəbərsiz olduğunu qeyd etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən heç bir halda İXMnın 482.1-ci maddəsinin tələbləri pozulmamışdır. Hava Nəqliyyat Baş Gömrük idarəsinin inspektoru X6 tərəfindən tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Mobil telefonların heç bir əsası olmadan ondan almışlar və saxlanca yerləşdirmişlər. Nə ilə təsdiq etdiyini əsaslandırmasını xahiş etmişdir. İnzibati tənbeh bağlı İXM "31.5 və 115.4.3-cü maddəsi heç bir əsası yoxdur. 1 saylı əlavəsinin 3-cü bəndində qeyd olunur ki, mobil telefonların ölkəyə gətirilməsini heç bir maniyə yoxdur. Hava Nəqliyyat Baş Gömrük idarəsinin inspektoru X6 tərəfindən sübuta yetirilmiyəndən sonra necə onun barəsində İXMnın 482.1-ci maddəsinə əsasən cərimə tətbiq edə bilərdi?! Hava Nəqliyyat Baş Gömrük idarəsinin inspektoru X6 tərəfindən cərimə öz keyfinə görə müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, İXM-nın 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. X3 həm inspektor vəzifəsini, həm də ekspertin vəzifəsini yerinə yetirmiş və mobil telefonarın xaricdən gətirilməsi tələblərinə uyğun olmadığını müəyyən etmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, barəsində tərib olunmuş protokol saxlanıldı yerdə deyil cərimə meydançasından tərtib olunmuşdur. Halbuki, İXM-nin 100.1.4-cü maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə yer göstərilməlidir. Həmçinin İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xər haqqında protokol tərtib edilir. X2 tərəfindən İXM-nin 124-cu maddəsində təsbit olunmuş inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə pozulmuşdur. X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşaraq onu imzalamamışdır. Belə olan halda isə X6 İXM-nın 124.4-cü maddəsinin tələblərini də pozmuş, İXM-nin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda göndərməmişdir. Yuxarı səlahiyyətli orqanın (vəzifəli şəxsin) əvəzinə həmin iş üzrə həmin tarixdə qərar qəbul etmişdir. Həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərar ona İXM-nın 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməmişdir. Hava Nəqliyyat Baş Gömrük idarəsinin EP N-0089552 saylı inzibati qərarını ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı qərar inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 7020,00 (yeddi min iyirmi) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Duos (iki simkartlı cihaz) üçün hər biri 150 manat olmaqla ümumilikdə 300 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 803/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-cü il tarixli, 00800/00092 saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 1137/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 şikayəti təmin edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 7020,00 (yeddi min iyirmi) manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı inzibati tənbeh vermə haqqında qərarı X4 əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edilmiş və inzibati xəta haqqında işə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1699/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, .ikayət qismən təmin edilmiş, X4 barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarı və 23 may 2023-cü il tarixli, 3(003)-1137/2023 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında şikayətçinin izahatı və təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, X5 tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi xətası törədilməmişdir. Belə ki, gömrük əməkdaşlarının onun üzərinə keçirdikləri baxış zamanı aşkar etdikləri 2 ədəd qutusuz, aksesuarsız “XOR Titanium X2 Classic” markalı mobil telefon xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə gətirilən mobil telefonlar deyil, daha əvvəl gətirilmiş və ölkə ərazisində qeydiyyatdan keçmiş telefonlardır. Belə olan halda X4 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 7020,00 (yeddi min iyirmi) manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı qərar inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassızdır. X4 əməlində inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta hadisəsi olmadığına görə, şikayət təmin olunmalı və onun Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 7020,00 (yeddi min iyirmi) manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək 7020,00 (yeddi min iyirmi) manat cərimə olunması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 29 mart 2023-ci il tarixli EP N ******* saylı inzibati tənbeh vermə haqqında qərarı X4 əməlində inzibati xəta hadisəsi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1137/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1137/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver