Məhkəmə qərarları › İş №3(003)-1144/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1144/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1144/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində AE 143318 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan idarə etdiyi "Kamaz 55111" yük markalı, 90-C-J845 Dövlət Qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olduğum zaman Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə, yəni yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması əsası ilə 1500 manat məbləğində cərimə olunmuşdur. Hadisə yerində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, lakin mən bunun əsassız olduğunu bildirərək həmin protokolu imzalamamışdır. Cərimə edilməyi üçün hər hansı bir səbəb yoxdur. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərar tamamilə əsassızdır. Belə ki, o, kamaz yük markalı maşınla yerin üst qatının torpağını deyil, daş tozu aparmışdır. Həmin daş tozu Daş karxanasında kəsilən daşların tozudur. Lakin əməkdaşlar tərəfindən bunlar nəzərə alınmamış, onun guya qırmızı qum olduğunu əsas gətirərək cərimə olunmuşam. Göründüyü kimi mənim cərimə edilməyim qanunsuzdur. Beləliklə, hüquqlarım kobud şəkildə pozulmuşdur. Həmçinin maşın polis şöbəsinin qarşısında olarkən mən videogörüntülər çəkmişəm. Həmin video yazıda kamazın içindəki daş tozunu da sübut kimi qeydə almışdır. Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş və Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı xx.xx.2024-cü il tarixində ona təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin müdafiəçisi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 şikayət ərizəsinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1500 manat miqdarında cərimə edilmişdir. Məhkəmədə tədqiq edilən 01 ədəd DVD diskən görünür ki, "Kamaz 55111" yük markalı, 90-C-J845 Dövlət Qeydiyyat nişanlı avtomobillə yerin üst qatının torpağını deyil, daş tozu aparmışdır. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qeyd edir ki, qərarda qeyd olunan hallar müvafiq inzibati orqan tərəfindən araşdırılmamış nəqliyyat vasitəsinin sürücüsünün yerin üst qatının torpağını deyil, daş tozu aparması dəqiq müəyyən edilmədən Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı qəbul edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası DİN Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Azər Məmmədovun xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli intizam tənbehi haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar