Məhkəmə qərarları › İş №3(003)-1149/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1149/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1149/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 327.8ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: 03 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il il tarixdə Bakı şəhəri Xəzər rayonunun ərazisində sürücü Şəxs idarə etdiyi “KHAZAR” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil, sürücü X2 idarə etdiyi “KİA” markalı **-MP-*** dövlət qeydiyyat nişalı və sürücü X3 idarə etdiyi “TOYOTA PRİUS” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillərə arxadan çırpılmış, zərbə nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X7, X4, X8 və X9 bədən xəsarəti almışlar. Bakı şəhəri Xəzər Rayon DYPŞ-dən Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş 14 may 2025-ci il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. 14 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış materiallar Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:05 radələrində idarə etdiyi “KHAZAR” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu ərazisindən keçən Buzovna-Mərdəkan qəsəbələr istiqamətindən, Mərkəz-Şəhər istiqamətində gedən bir istiqamətli, beş zolaqlı yolun sağdan dördüncü zolağı ilə saatda 90-95 km sürətlə hərəkət etdiyi zaman qarşıda hərəkət edən “KİA” markalı avtomobilin sol tərəfindən ötüb keçmək üçün avtomobilinin sol dönmə işığını yandırıb, avtomobili sol tərəfə, yəni yolun sağdan beşinci istiqamətinə yönəltdikdə manevr edib keçmək istəmiş, lakin beşinci zolaqda “Toyota Prius” markalı avtomobilin qəza işıqlarını yandırıb, dayandığını görmüşdür. Bu vaxt “KİA” və “TOYOTA” markalı avtomobillər tam bərabərləşdiyindən idarə etdiyi avtomobil hər iki avtomobilə arxa tərəfdən çırpılıb, hər iki avtomobilin ortasından keçərək, qarşı tərəfdə dayanmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, hadisə zamanı zərər çəkmiş şəxslərin təhqiqat zamanı verdikləri izahatları, Şəxs məhkəmə iclası zamanı verdiyi izahatı, hadisənin videogörüntüsü və iş üzrə toplanmış digər sənədlərlə, o cümlədən hadisə zamanı xəsarət almış X7, X8, X9 və X1 aşkar olunmuş xəsarətlərin törənmə müddətinin xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə uyğun gəlməsi, xəsarətlərin yüngül dərəcəli zərərvurmaya aid olması barədə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 399, 407, 411 və 412 nömrəli rəyləri ilə təsdiq edilmişdir. İXM-in müddəalarına görə İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır (İXM-nin 327.8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-nin 21-ci maddəsi). İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir (İXM-nin 32.1.1-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXMnin 84.1-ci maddəsi). Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş materialları, videogörüntünü nəzərdən keçirərək, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb hesab edir ki, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş əməli tam sübuta yetirildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə Ali Baş Komandanın Sərəncamları ilə dəfələrlə medallarla təltif olunması nəzərə alınmaqla İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar