Məhkəmə qərarları › İş №3(003)-115/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-115/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-115/2021 22.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1983-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 7ci Hərbi Şəhərcikdə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1055/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə, xx xxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2680/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü Nərgizin yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1055/2020 nömrəli xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə, xx xxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2680/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013cü il təvəllüdlü Nərgizin yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. Borclunun hazırda 1500 manat aliment borcu yığılıb qalmışdır. Tələbkar borcun hamısının bütöv şəkildə ödənilməsini tələb edir. xx xxxxxx 2021-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Hal-hazıra qədər borclunun tələbkara 1500 manat aliment borcu yaranmışdır. Məhkəmənin gedişində borclu aliment borcundan 620 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, borcun ödənilməsindən yayınmır, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının onun vəzifəsi olduğunu bilir, lakin pandemiya dövründə maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, məhkəmə baxışı zamanı isə tələbkara 620 manat ödəniş etmiş, yaxın vaxtlarda qalıq borcunun tam ödənilməsini də təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il və xx xxxxxx 2021-ci il tarixli qəbzlərin surətindən görünür ki, borclu Şəxs tələbkar X1 hesabına cəmi 620 manat pul köçürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 1500 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 620 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1983-cü il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 7-ci Hərbi Şəhərcikdə qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar