Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-115/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Fərid Hüseynlinin, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1975-ci il tarixdə Abşeron rayonunun Məmmədli kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 535.1 və 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 13 yanvar 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Fərid Hüseynli tərəfindən 13 yanvar 2022-ci il tarixdə MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Fərid Hüseynli göstərdi ki, 13 yanvar 2022-ci il tarixdə Binə qəsəbəsində 6357 saylı çağırışlı avtopatrulla 25 saylı marşrutda xidmət aparan Post-patrul əməkdaşları Xəzər rayonu Binə qəsəbəsi X4 ərazisində “Dövran İnşaat” adlanan marketin yaxınlığında iki qadının mübahisə etdiyini görərək ona bu barədə xəbər vermişdir. Göstərilən ünvana yaxınlaşmış, həmin şəxsdən kim olduğunu soruşduqda, o, özünü təqdim etməkdən imtina edərək polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsə də, o, polisin qanuni tələblərinə riayət etməyərək əl-qol hərəkətləri ilə yayınmağa çalışmışdır. Bundan sonra, həmin şəxsi polis şöbəsinə gətirib təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 13 yanvar 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi əməli etiraf edərək göstərdi ki, 13 yanvar 2022-ci il tarixdə qonşusu Elladanın qapısının qarşısına daşlar yığaraq süni maneə yaratması ilə bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Elladanın ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır, bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, Şəxs onun qonşusudur. Rədifə onun evinin qarşısına daşlar düzərək onun və ailə üzvlərinin həyətə giriş-çıxışını bağlamışdır. Dəfələrlə bu barədə Rədifəyə irad bildirməsinə baxmayaraq, bunun heç bir nəticəsi olmamış, sonuncu dəfə aralarında mübahisə yaranmış və mübahisə zamanı Rədifə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də Rədifə barəsində inzibati tənbeh tədbiri seçilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1975-ci il tarixdə Abşeron rayonunun Məmmədli kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-115/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-115/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver