Məhkəmə qərarları › İş №3(003)-115/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-115/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-115/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixində idarə etdiyi **-ER-*** dövlət nömrə nişanlı “Hundai Tucson” markalı avtomobil sol tərəfdən “Volksvagen Polo” markalı avtomobil tərəfindən vurulmuş, hadisəni törədən şəxs X7 əməlini etiraf edərək səmimi peşmançılığını bildirdi və maddi zərəri ödəmək üçün öz sığorta şirkətini cəlb etdi. Hadisə yerinə gələn Nizami DYP-nin əməkdaşı X6 təqsirin kimdə olduğunu araşdırmaq üçün onları idarəyə dəvət etdi. Ora yaxınlaşdıqda baş inspektor X6 hadisədə onun günahkar olduğunu bildirərək sonradan ona İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2023-ci il tarixli İXP ******* saylı protokol və eyni tarixli TP ******* saylı qərar tərtib edildiyini bildirdi. Ona etiraz edib Volksvagen Polo markalı sürücüsünun hadisəni törətdiyini desə də ona kobud surətdə burada qərarı onun verdiyini bildirmişdir. Qərarın surətini istəyərkən protokol tərtib edən şəxsin ona kobud surətdə qərarın verilməsindən imtina edərək, məhkəməyə yox hara istəyirsən get ona heç kim heçnə edə bilməz deyə bildirdi. Hadisədən də aydın görünür ki, qəza bərabər səviyyəli yol kəsişməsində baş verdi, onun hərəkətimdə qanunsuzluq olmamış, və o hərəkətdə olarkən sol tərəfdən hərəkətə başlayan Volksvagen Polo markalı tərəfindən vurulmuşdur. Buna baxmayaraq, Volksvagen Polo markalı idarəyə gəlib Nizami DYP-nin əməkdaşı X6 ilə görüşdükdən sonra nədənsə inspektor işi volksvagenin sürücüsünün xeyrinə düz qoş etmiş və bu barədə xx.xx.2023-ci il tarixli qərar vermişdir. Hesab etmişdir ki, DYP əməkdaşı hazırkı iş üzrə yalnış qərar vermişdir. Beləki, inspektor işin hallarına düzgün qiymət verməmiş və iş üzrə yalnış nəticəyə gəlmişdir. Bərabər səviyyəli yol ayrıcında sağdan gələn avtomobilin hərəkət üstünlüyü olduğu halda inspektor bunun əksini əsas götürmüş və öz versiyasını möhkəmlətmək üçün ekspertiza təyin etmiş və ekspertə verdiyi yalnış məlumatlar əsasında onun təqsirkar çıxarılmağına nail olmuşdur. Belə ki, ekspert qeyd edir ki, onun yolun sol tərəfi ilə hərəkət etməsi qanunsuz olmuşdur. Halbuki, həmin yolda sağ tərəflə də hərəkət etmək olar və belə bir qadağa olmamışdır. Həmçinin inspektor guya Volksvagennin dayandığını göstərsə də əslində həmin avtomobil hərəkətdə olmuş və onun avtomobilimi vurmuşdur. Odur ki, volksvagen avtomobilinin sürücüsü istənilən halda təqsirlidir. Buna baxmayaraq, Nizami DYP-nin əməkdaşı X6 iş üzrə qeyri-obyektiv və qərəzli baxaraq, məni təqsirkar çıxarmışdır ki, bu da yol verilməzdir. Ən azından digər avtomobilin sürücüsünü də təqsirli hesab edilməli idi. Bundan başqa Nizami DYP-nin əməkdaşı X6 prosessual müddətləri də ötürməklə pozuntuya yol vermiş buna baxmayaraq, qərəzli olaraq, qərar verməklə onun cərimə olunmağını rəsmiləşdirmişdir. Belə ki, hadisə 02 oktyabr 2023-də baş versədə qərar və protokol 2 aydan sonra verilmişdir. Halbuki, protkol ən geci 02 dekabr 2023-cü il tarixə kimi tərtib olunmalı idi. Odur ki, protokol qanunsuz tərtib edilmiş və qərar əsassız verilmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, yol-nəqliyyat hadisəsi baş verdiyi yerdə heç bir yol-hərəkət nişanının olmadığını, fotoşəkillərdən də göründüyü kimi “Volkswagen Polo” markalı avtomobilin onun avtomobilini vurduğunu bildirərək Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə Azər Manafov küçəsində “Hyundai Tucson” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 8/3088 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Tucson” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə “Volkswagen Polo” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, **-ER-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomobil ilə **-BB-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin qanunun 77-ci maddəsinin 2-ci bəndinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Həmin qanunun 77-ci maddəsinin 5-ci bəndinə əgər sürücü yolun örtüyünün olubolmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 xx.xx.2023-cü il tarixdə Azər Manafov küçəsində “Hyundai Tucson” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması əsas gətirilərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, X2 «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən TP ******* nömrəli, 06 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon X10 Şöbəsinin polis baş leytenantı X3 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli 06 dekabr 2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar