Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1151/2021 11.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Şəxs QSC) qanuni təmsilçisi X1 iştirakı ilə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 496.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Qapalı Səhmdar Cəmiyyəti ünvanına Çindən “Xi an X5 Ltd” şirkəti tərəfindən **********2 nömrəli aviaqaimə ilə göndərilən netto çəkisi 12 kq olan 2997,10 manat dəyərində “1000 V-dan çox olmayan gərginlik üçün quraşdırılmış hesablayıcı maşınlı rəqəmsal idarəetmə panelləri: 5 ədəd “Led Controller”, “Tekstil materiallardan yapışdırılmaqla bərkidilmiş ensiz arğacsız parçalar: 1 ədəd “Velcro”, “Batareya test aləti: 1 ədəd” adlı mallar göndərilmişdir. Hüquqi şəxsin adından **********0341 nömrəli gömrük bəyannaməsi təqdim olunaraq, həmin mallar 16 iyul 2021-ci il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməli olduğu halda, müvəqqəti saxlanc müddətinin keçməsinə baxmayaraq, qeyd olunan mallar rəsmiləşdirilməmişdir. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsindən daxil olmuş 34/012/020010 nömrəli 04.08.2021-ci il tarixli raporta əsasən Şəxs QSC tərəfindən 16 mart 2021-ci il tarixdə **********0341 sorğu nömrəli GB ilə yüklər (ümumi gömrük dəyəri 2997,10 AZN, netto çəkisi 12 kq) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti 16 iyul 2021-ci il tarixdə bitməsinə baxmayaraq, malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı aşkar edilmişdir. 06 sentyabr 2021-ci il tarixində Şəxs QSC-nin ünvan 1 ünvanında yerləşən anbarında gömrük nəzarəti altında olan mallara gömrük baxışı keçirilərkən, müvəqqəti saxlanca götürülmüş mallarla qanunsuz əməliyyatların aparıldığı müəyyən edilməmişdir. Beləliklə, Şəxs QSC gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydaları pozaraq, gömrük orqanının müəyyən etdiyi saxlanc müddətinin başa çatmasına baxmayaraq, malları müvafiq gömrük proseduru altında yerləşdirməmişdir. Bununla əlaqədar Şəxs QSC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 06 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin qanuni təmsilçisi X3 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu bildirdi. Şəxs QSC-nin qanuni təmsilçisinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat miqdarda cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1151/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1151/2021
11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver