Məhkəmə qərarları › İş №3(003)-1154/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1154/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1154/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində İXM-nin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində İXM-nin 485.2-ci maddəsi ilə 06 may 2025-ci il tarixli 00100- 001169/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvanına göndərilmiş “ərzaqlıq kartof təzə” yükü Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********2089 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********2089 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 33AA293/33AA294 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 10 noyabr 2025-ci il tarixdə saat 14:57-da Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin mallara dair **********3024 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra yəni xx.xx.2025-ci il tarixdə saat 14:16-da rəsmiləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X5 icraatında olan 3-33-1100/012/011383 nömrəli raportun araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:********** ) tərəfindən təqdim edilən 11 noyabr 2024-cü il tarixli **********2089 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilmişdir. İXM-nin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Tədqiq edilmiş sənədlərlə Şəxs ünvanına göndərilmiş “ərzaqlıq kartof təzə” yükünün Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********2089 saylı gömrük bəyannaməsi ilə bəyan edilməsi, lakin qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4 İş № 3(011)-114/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 16 yanvar 2023-cü il Bakı şəhəri X8 Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, inzibati xəta törətmiş hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar nümayəndələrinin iştiraklarını təmin etməyərək bunun səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib, Qərara alır: - İşə inzibati xəta törətmiş hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilməsin.Məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 15:00-a təxirə salınsın. Tərəflərin məhkəmə iclasında iştirakları təmin edilsin. Məhkəmə iclası saat 15:05-də bağlı elan olunur. Protokol 16 yanvar 2023-cü il tarixdə tərtib edilmişdir. Sədrlik edən: Katib: İş № 3(011)-114/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 19 yanvar 2023-cü il Bakı şəhəri X8 Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 məhkəmə iclasına gəlmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsindən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə münasibət bildirməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə icasının davam etdirilməsini xahiş etdi. Məhkəmə yerində müşavirə edərək Qərara aldı: - Səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən proses iştirakçısının səlahiyyətini müəyyənləşdirir. Hüquqi şəxsin nümayəndəsi: X6 – Şəxs MMC-nin nümayəndəsi. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçıdan azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. İşdə iştirak edən şəxs azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Təhməzov Nihad İlham oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsə onun İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçısı hüquq və vəzifələrinin ona aydın olunduğunu bildirir. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə izahat verməyi təklif edir. BARƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ İCRAAT APARİLAN HÜQUQİ ŞƏXS Şəxs MMC-NİN NÜMAYƏNDƏSİ RƏFİYEV HƏBİB ARİF OĞLUNUN İZAHATİ: - Hüquqi şəxs tərəfindən gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl mallar barədə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin gec verilməsi ixracatçı şirkət tərəfindən göndərilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisinə çatma vaxtının öncədən bildirilməməsi səbəbindən baş vermişdir. Gömrük qaydalarının pozulduğunu etiraf edirəm, gələcəkdə belə halların təkrarlanmayacaq, barəmizdə ədalətli qərar çıxarılmasını xahiş edirəm. Sual daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən çıxış üçün proses istirakçısına söz verir. Hüquqi şəxsin nümayəndəsi: - Hörmətli hakim! Barəmizdə ədalətli qərar çıxarılmasını xahiş edirəm. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 15:10-da bağlı elan olunur. Protokol 19 yanvar 2023-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar