Məhkəmə qərarları › İş №3(003)-1155/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1155/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1155/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 07 may 2025-ci il tarixli 10000-00055 (EP 0201077) nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,11 avqust 2024-cü il tarixdə, saat 03 radələrində SU 1580 saylı Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus əl yükünə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş dərman preparatlarını sonuncu gömrük orqanına bəyan etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İş materiallarında olan xx.xx.2024-cü il tarixli “yoxlama və götürmə haqqında” protokoldan görünür ki, gömrük yoxlaması zamanı Şəxs müşayət etdiyi əl yükləri olan 1 qara rəngli orta ölçülü çiyin çantası və 1 ədəd qara rəngli iri ölçülü çantanın içərisində gömrük orqanına şifahi, və ya yazılı formada bəyan edilməmiş müxtəli rəngli sellofan paketlərə yerləşdirilmiş, gömrük orqanına şifahi yaxud yazılı formada bəyan edilməyən, hər birində 100 ədəd olmaqla 110 qutu üzərində “Наком 250 мг + 25 мг” yazısı olan 11000 ədəd həb, hər birində 42 ədəd olmaqla! 0 qutu йгэЬпйэ^Ксеникал орлистат 120 мг” yazısı olan 420 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 5 qutu üzərində “Панавир 5 мл" yazısı olan 25 ədəd ampul, 6 qutu üzərində “Прожестожель 1%” yazısı olan 6 ədəd krem, hər birində 5 ədəd olmaqla 6 qutu üzərində “Иммунофан 5 ампул 45 мкг/мл 1 мл” yazısı olan 30 ədəd ampul, hər birində 4 ədəd olmaqla 15 qutu üzərində “MEEDZO 60 mg/ml” yazısı olan 60 ədəd flakonda maye halında məhlul, hər birində 100 ədəd olmaqla 15 qutu üzərində “Урсофальк капсулы 250 мг" yazısı olan 1500 ədəd kapsul, hər birində 5 ədəd olmaqla 10 qutu üzərində “Оргалутран 0,25 мг/0,5 мл” yazısı olan 50 ədəd iynə, hər birində 100 ədəd olmaqla 10 qutu üzərində “Тералиджен алимемазин 5 мг” yazısı olan 1000 ədəd həb, hər birində 5 ədəd olmaqla 10 qutu üzərində “Модитен Депо 25 мг/мл” yazısı olan 50 ədəd ampul, hər birində 50 ədəd olmaqla 4 qutu üzərində “Триампур композитум 12,5 мг+25 мг” yazısı olan 200 ədəd həb, hər birində 10 ədəd olmaqla 11 qutu üzərində “Трипсин кристаллический 10 мг" yazısı olan 110 ədəd flakonda toz halında məhlul, hər birində 4 ədəd olmaqla 4 qutu üzərində "Руфаг Интестифаг 20 мл” yazısı olan 16 ədəd flakonda maye halında məhlul, hər birində 30 ədəd olmaqla 15 qutu üzərində "Дапоксетин-СЗ 30 мг” yazısı olan 450 ədəd həb, hər birində 90 ədəd olmaqla 10 qutu üzərində "Редуксим 15 1.5 мг+153,5 мг 90” yazısı olan 900 ədəd kapsul, hər birində 20 ədəd və ayrılıqda 1 qutuda 10 ədəd olmaqla 11 qutu üzərində "Лонгидаза 3000ME” yazısı olan 210 ədəd şam, hər birində 10 ədəd olmaqla 10 qutu üzərində "Вазостенон Алпростадил - 20 мкг/мл" yazısı olan 100 ədəd ampul, hər birində 90 ədəd olmaqla 6 qutu üzərində “Пикамилон 50 мг” yazısı olan 540 ədəd həb, hər birində 30 ədəd olmaqla 26 qutu üzərində Пикамилон 20 мг” yazısı olan 780 ədəd həb, hər birində 100 ədəd olmaqla 4 qutu üzərində “Купренил 250 мг" yazısı olan 400 ədəd həb, hər birində 1 ədəd olmaqla 10 qutu üzərində "Вигантол капли для приема внутрь 0,5 мг/мл 10 мл” yazısı olan 10 ədəd flakonda maye halında məhlul və hər birində 10 ədəd olmaqla 15 qutu üzərində ‘Цитофлавин 10 мл" yazısı olan 150 ədəd ampul olmaqla ümumilikdə 22 adda dərman və kosmetik vasitələrin olduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-1/2- 1376/2025 nömrəli məktubdan görünür ki, “Модитен Депо 25 мг/мл”( Moditen Depot 25 mq/ml) markalı və “Лонгидаза 3000ME”( Longidaza 3000ME) markalı dərman vasitələrinin qeydiyyatı var. “Цитофлавин 10 Mn”(Sitoflavin 10 ml) dərman vasitəsinin qeydiyyatı olsa da Mərkəz tərəfindən təsdiq olunan qablaşma ilə uyğun deyil. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4171,9/6785 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, qeyd edilən dərman vasitələrinin Respublika ərazisindəki qiymətləri müvafiq olaraq 10 qutu “Модитен Депо 25 мг/мл” (Moditen Depot 25 mq/ml) markalı dərman vasitəsinin bir qutusunun qiyməti 16,12 manat olmaqla 161,2 manat, 130 qutu “Лонгидаза 3000ME”(Longidaza 3DD0ME) markalı dərman vasitəsinin bir qutusunun qiyməti 6 manat olmaqla 780 manat və 15 qutu “Цитофлавин 10 Mn”(Sitoflavin 10 ml) markalı dərman vasitəsinin bir qutusunun qiyməti 97,5 manat olmaqla 1462,5 manat olmaqla ümumilikdə 2403,7 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 227S/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli aktından görünür ki, ekspertiza tədqiqatından qaytarılmış 20 qutu “Reduksin 15 1.5 mq+153,5 mq 90” markalı, 1 qutu “İNFİNİTY MEDS DECA-DURABOLİN Nandrolone decanoate 250mg/ml” markalı və 1 qutu “İNFİNİTY MEDS EQUİPOİSE Boldenone undecylenate 250mg/ml” markalı dərman vasitələri istisna olmaqla digər dərman vasitələri və tibbi ləvazimatlar ekspertiza tədqiqatına sərf edilən hüquzpozma predmetləri istisna olmaqla digər mallar Birliyin anbarında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 11 avqust 2024-cü il tarixdə, saat 03 radələrində SU 1580 saylı Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən ümumi dəyəri 2403.7 manat təşkil edən, dövlət qeydiyyatına aklınmış 10 qutu “Модитен Депо 25 мг/мл” (Moditen Depot 25 mq/ml) markalı, 130 qutu “Лонгидаза 3000ME”(Longidaza 3DD0ME) markalı və 15 qutu “Цитофлавин 10 Mn”(Sitoflavin 10 ml) markalı dərman prepararatlarını gömrük orqanına bəyan etməmişdir. Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus əl yükünə keçirilmiş gömrük yoxlaması zamanı aşkar edilmiş dərman preparatlarını sonuncu gömrük orqanına bəyan etməmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 2403.7 (iki min dörd yüz üç manat yetmiş qəpik) manat təşkil edən malların dəyərinin 40 (qırx) faizi miqdarında, yəni 961.48 (doqquz yüz altmış bir manat qırx səkkiz) manat məbləğində inzibati cərimə edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar