Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-116/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş "xxxx" MMC-nın Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC qanuni təmsilçisi X2 izahatında bildirmişdir ki, əvvəlki partiyada ölkəyə gətirilmiş olan mallar əksik göndərildiyindən sonradan gələn mallara həmin qalıq qalmış mallar əlavə edilmişdir. Ona görə də onların təqsiri yoxdur.Lakin bu barədə hər hans bir sübut hazırda məhkəməyə təqdim edə bilmir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, 00100/02957 saylı protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-/3-1-027200/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına İran İslam Respublikasından göndərilən MH/1684 saylı, xx.xx.2023-cü il tarixli invoys sənədi ilə müşayiət edilən 47AB203/47AB204 dövlət nömrə nişanlı avtomaşında daşınan mallar **********4954 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. xx.xx.2023-cü il tarixində sözügedən mallara keçirilən gömrük yoxlaması zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində soyudulmuş halda, başı və quyruğu üzərində olmaqla təmizlənmiş forel balığının netto çəkisinin 11500 kq bəyan edildiyi halda faktiki netto çəkisinin 15368 kq olduğu, yəni 3868 kq artıq və 2-ci mal mövqeyində soyudulmuş halda, başı və quyruğu üzərində olmaqla təmizlənmiş beluqa balığının netto çəkisinin 700 kq bəyan edildiyi halda, faktiki netto çəkisinin 542 kq olduğu, yəni 158 kq əskik oldusu aşkar edilmişdir. Beləliklə də, İnzibati xətanın bilavasitə obyekti olan gömrük orqanına düzgün bəyan edilməyən netto çəkisi 3868 kq olan soyudulmuş halda, başı və quyruğu üzərində olmaqla təmizlənmiş forel balığı və Gömrük orqanına düzgün bəyan edilmədən netto çəkisi 158 kq olan soyudulmuş halda başı və quyruğu üzərində olmaqla təmizlənmiş beluqa balığı yüklərinin qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009708/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7858 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində inzibati xətanın bilavasitə obyekti olan soyudulmuş beluqa balığı yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 25 manat olmaqla ümumilikdə 158 kq soyudulmuş beluqa balığı yükünün qiyməti 3950 manat və soyudulmuş alabalıq (farel) balığı yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 9 manat olmaqla ümumilikdə 3868 kq soyudulmuş alabalıq (farel) balığı yükünün qiyməti 34812 manat təşkil etdi qeyd olunmuşdur. Aparılan araşdırma zamanı **********4954 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7858 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ümumi gömrük dəyərinin müəyyən edilməsi gömrük dəyərləri arasında fərqin olub-olmaması, olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Тəһqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1-032508/2023 saylı xx.xx.2023-сü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3- 33/3-1-033613/2023 sayl, xx.xx.2023-cü il tarixli raportda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7858 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********4954 saylı, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məblğinin ümumilikdə 3923,14 manat təşkil edəcəyi qeyd olunmuşdur. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7858 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən **********4954 saylı, xx.xx.2023cü il tarixli gömrük bəyannaməsində bəyan ediləndən artıq aşkar edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 34812 manat təşkil edir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinni 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar (balıq məhsulları) düzgün bəyan edilməmişdir. MMC-nin xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, təmizlənmiş forel balığının çəkisi 11500 kq, təmizlənmiş beluqa balığının çəkisi isə 700 kq bəyan edildiyi halda gətirilən forel balığının çəkisi 15368 kq, təmizlənmiş beluqa balığının çəkisi isə 542 kq olmuşdur. Bununla da müəyyən olunur MMC tərəfindən gətirilən forel balığının çəkisi düzgün bəyyan edilməmiş, yəni 3868 kq artıq bəyan edilməmiş balıq gətirilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına əsasən 3868 kq soyudulmuş alabalıq (forel) balığı məhsulunun qiyməti 34812 manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə müəyyən olunmuş halların istisna edə biləcək sübutların "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməsinə şərait yaradılması məqsədilə inzibati işin baxılması təxirə salınmış, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və hər hansı bir sübutu məhkməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə "xxxx" MMCnın inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 34812 manat məbləğin 30 faizi miqdarında, yəni 10443,6 manat manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi miqdarında, yəni 10443,6 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-116/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-116/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver