Məhkəmə qərarları › İş №3(003)-1160/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1160/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1160/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə evli, himayəsində iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Göyçay rayonu, Şahsoltanlı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 125-ci korpus, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 may 2023-cü il tarixli protokola əsasən Şəxs X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə X2 məxsus “ZİL” markalı yük maşınından 70 manat dəyərində benzin oğurlamışlar. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 23 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 may 2023-cü il tarixli protokola əsasən Şəxs X4 ilə birlikdə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X1 məxsus “ZİL- 130” markalı yük maşınından cəmi 120 manat dəyərində benzin oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 23 may 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər 3 dəfə müxtəlif maddələrlə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X4 onun qaynıdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X4 ilə Binə qəsəbəsində olarkən adını sonradan bildikləri X1 məxsus “ZİL-130” markalı avtomaşından benzin oğurlamışlar. Bundan başqa, xx.xx.2023cü il tarixdə adını sonradan bildikləri X2 məxsus “ZİL” markalı avtomobildən benzin oğurlamışlar. Maddi sıxıntıları olduğuna görə həmin əməli törətmişdir. Himayəsində iki azyaşlı uşağının, əməlindən peşman olduğunu bildirərək məhkəmə tərəfindən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə X2 məxsus “ZİL” markalı yük maşınından 70 manat dəyərində benzin oğurlamışlar. Bundan başqa, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X1 məxsus “ZİL- 130” markalı yük maşınından 120 manat dəyərində benzin oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 23 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs X4 ilə birlikdə xx.xx.2023-cü il tarixdə X2 məxsus “ZİL” markalı yük maşınından 70 manat dəyərində benzin oğurlamışlar. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən Xəzər rayon 3-cü PŞ-nin təhqiqatçısı Elvin Hacıyevin 23 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs X4 ilə birlikdə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X1 məxsus “ZİL-130” markalı yük maşınından cəmi 120 manat dəyərində benzin oğurlamışlar. Cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən Şəxs şəxsiyyətini, törətdiyi əməlləri nəzərə alaraq hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 may 2023-cü il tarixdə saat 13:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 22 may 2023-cü il saat 13:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar