Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1161/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən X7 İdarəsindən daxil olmuş 13.07.2021-ci il tarixli 9/**********21 saylı məktuba əsasən 10.07.2021-ci il tarixdə saat 06:35 radələrində Azərbaycan Respublikası vətəndaşı X1-Bakı aviareysi ilə gələn sərnişinləri Hava Limanının ərazisində Terminal 1-in qarşısında qarşılayaraq onlardan mobil telefonları götürərkən polis əməkdaşları tərəfindən saxlanılaraq əşyalarına və üzərinə yoxlama keçirilməsi üçün idarəyə dəvət olunmuşdur. Azərbaycan Respublikası vətəndaşı X5 şəxsi baxış keçirilmiş və üzərində 4 ədəd mobil telefon aşkar edilmişdir. X3 əməlində gömrük qaydaları əleyhinə inzibati xəta tərkibi olduğu müəyyən edildiyindən toplanılmış materiallar və maddi sübut inzibati araşdırma aparılmasından ötrü Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə döndərilmişdir. Bu səbəbdən 16 iyul 2021-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şbəsində 00800-0122/21 saylı inzibati xəta haqqında icraat başlanılmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aparılan araşdırma ilə əlaqədar yuxarıda qeyd olunan malların ekspertizasının keçirilməsindən ötrü 16.07.2021-ci il tarixli 1900-013/001-22/002262 saylı məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə öndərilmişdir. 10.08.2021-ci il tarixli 5/776-9/5047 sayİı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı və zəmanəti, aksesuarları olmayan 4 ədəd mobil telefonların ümumilikdə 10.07.2021-ci il tarixinə orta bazar qiyməti təxminən 9600 manat müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X10 tərəfindən 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, uzun müddətdir İstanbul şəhərində yaşayan xalası oğlu Elvin Əliyev ilə bir müddət əvvəl telefon danışıqları zamanı ona dolanışığının zəif olduğunu deyərək, orada onun üçün bir iş tapmağını xahiş etmişdir. Elvin də Bakıya gələn müxtəlif sərnişinlərə mobil telefon verib göndərəcəyini deyərək, onları müvafiq qiymətə sataraq onun pulunu qaytarmağı, bu yolla həm də qazanc götürə biləcəyini təklif etmişdir. Əməlindən peşmandır və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 oxşar məzmunlu izahat verdi. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 9600 (doqquz min altı yüz) manat məbləğinin 30 (otuz) faizi, yəni 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1161/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1161/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver