Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1161/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Şəxs 05 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-250/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-250/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 12 dekabr 2016-cı il tarixdən başlayaraq 25 noyabr 2013-cü il təvəllüdlü X5, 30 yanvar 2017-ci il təvəllüdlü X3 və 18 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 14 noyabr 2017ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qərardadı ilə borclu Şəxs mülkiyyətində olan «VAZ 21154» minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21154» minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. 27 mart 2018-ci il tarixdə borcunun barəsində axtarış elan olunmuşdur. Əvvəllər icra sənədi borclunun iş yerinə göndərilmiş və hər ay əmək haqqından tutulmalar aparılmışdır. Lakin borclu 2021-ci ilin iyul ayında işdən çıxdıqdan sonra icra sənədi üzrə ödəniş olunmamışdır. Borclunun tələbkara hazırda 3000 manat borcu vardır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, əvvəllər işlədiyi üçün əmək haqqındanhər ay tutulmalar olmuşdur. Lakin 2021-ci ilin iyul ayında işdən çıxdıqdan sonra ödəniş edə bilməmişdir. Lakin onun tələbkara olan borcu 3000 manat yox, 1950 manat təşkil edir. Məhkəmə tərəfindən verilmiş müddət ərzində isə 750 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə olmaqla ödəyəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 250/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 12 dekabr 2016cı il tarixdən başlayaraq 25 noyabr 2013-cü il təvəllüdlü X5, 30 yanvar 2017-ci il təvəllüdlü X3 və 18 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 06 oktyabr 2021-ci il tarixli, 08 oktyabr 2021-ci il tarixli, 14 noyabr 2021-ci il tarixli, 07 dekabr 2021-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs hər ay ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 16 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 22 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs 300 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunmuş 01 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs 250 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs işlədiyi müddətdə hər ay tələbkara icra sənədi üzrə aliment ödəmişdir. Lakin 2021-ci ilin iyul ayında işdən çıxdığına görə tələbkara olan borcundan ödəniş edə bilməmiş, yəni Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 250/2017 saylı, 26 oktyabr 2017-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Hazırda isə tələkara olan borcundan 750 manat ödəniş etmişdir və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1161/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1161/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver