Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1162/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 2002-ci ildə Bakı şəhərində rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ilk dəfə inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 08 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs 04 avqust 2022-ci il tarixdə, saat 21:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 2107» markalı, **-MA-*** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 10 gündür ki, hərbi xidmətini başa vurmuşdur. 04 avqust 2022-ci il tarixdə, saat 21 radələrində sürücülük vəsiqəsi olmadan dostu Pavlov İlyaya məxsus «VAZ 2107» markalı, **-MA-*** dövlət nişanlı avtomobillə Xəzər rayonu, Buzovna qəsəbəsində Qədəmgah yolu ilə hərəkətdə olmuşdur. Həmin vaxt bir neçə avtomobili ötmək istəyərkən «Wolkswagen Polo» markalı avtomobil sola dönmək istədiyindən həmin avtomobillə toqquşmuşdur. Hadisədən sonra «Wolkswagen Polo» markalı avtomobilin sürücü olan qadın həyacanlı olduğundan səs-küy salmış, o isə qoraxaraq hadisə yerindən uzaqlaşıb getmişdir. Təxminən 10-15 dəqiqə geri gələndə orada artıq heç kim olmamışdır. Sonradan özü könüllü olaraq 2-ci Polis şöbəsinə yaxınlaşmışdır. Törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 04 avqust 2022-ci il tarixdə, saat 21:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «VAZ 2107» markalı, **-MA- *** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, hərbi xidməti yeni başa vurmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1162/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1162/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver