Məhkəmə qərarları › İş №3(003)-117/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-117/2021

09.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-117/2021 09.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bəyaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 sahə ünvanda fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə Bakı şəhəri Xəzər RPİ 2-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00-da ünvan 1 sahə ünvanda yerləşən evin qarşısında qonşusu X3 ilə mübahisə edərək qəsdən döymüşdür və ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00-da ünvan 1 sahə ünvanda yerləşən evin qarşısında qonşusu X3 ilə mübahisə edərək qəsdən döymüşdür və ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla əlaqədar Şəxs barəsində tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, ünvan 1 sahə ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Şəxs onunla qonşuluqda yaşayır, aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. O, özü gözəllik salonunda işləyir. Hadisədən bir neçə gün əvvəl İlkanənin dırnaqlarının bəzənməsi işlərini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00-da İlkanə İlkanənin yaşadığı evin qarşısına gələrək qapını döymüş, o da qapını açmışdır. İlkanədən gördüyü işin pulunu istəmiş, İlkanə isə ona hələ pulunun olmadığını demişdir. Aralarında mübahisə yaranmış və həmin vaxt İlkanə qapının qarşısında onu döyməyə başlamış, üz nahiyəsinə əli ilə vuraraq cırmaqlamış, həmçinin əli ilə zərbələr yetirmişdir. Orada kənar şəxslər olmamışdır, dərhal evinə gedib “102” zəng mərkəzinə müraciət etmişdir. Hazırda o, İlkanə ilə barışmışdır, İlkanə ona olan borcunu təxminən 10 gün ərzində ödəyəcəyinə söz vermişdir, buna görə də onun ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, X3 ilə qonşuluqda yaşayır, aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Sevinc gözəllik salonunda işləyir və hadisədən bir neçə gün əvvəl onun dırnaqlarının bəzənməsi işlərini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 16:00-da Sevinc onun yaşadığı evin qarşısına gələrək qapını döymüş, o, qapını açmışdır. Sevinc ondan gördüyü işin pulunu istəmiş, o isə ona hələ pulunun olmadığını demişdir. Aralarında mübahisə yaranmış və o, əsəbiləşərək qapının qarşısında Sevinci döyməyə başlamış, üz nahiyəsinə əli ilə vuraraq cırmaqlamış, həmçinin əli ilə zərbələr yetirmişdir. Hazırda o, Sevinc ilə barışmışdır, Sevincə olan borcunu təxminən 10 gün ərzində ödəməyə söz vermişdir, buna görə də Sevincin ona qarşı şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Telman Camalovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 1349 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sağ yanağın, boynun sağ vəzisinin sıyrıqları, sağ bazunun, sol budun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ünvan 1 sahə ünvanda fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar