Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-117/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 01 avqust 1994-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşağı olan, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Masallı rayonu, Muyanku kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 14 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment tutulub X1 verilməlidir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu Şəxs əvvəllər aliment borcunu tam ödəməsə də ödənişlər etmişdir. Lakin sonradan borclu icra şöbəsinə gəlməkdən yayınmışdır. Bu səbəbdən də onun barəsində xx.xx.2020-ci il tarixdə məcburi gətirmə, xx.xx.2022-ci ildə isə axtarış qərarları qəbul edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Hal-hazırda borc məbləği 1700 manat təşkil edir. Borclu Şəxs bu gün saat 11:00-da polis əməkdaşları vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, o, avtomobil yuma məntəqəsində işləyir və orta hesabla ayda 300-400 manat gəlir əldə edir. Bu səbəbdən o, aliment borcunu tam ödəyə bilməmişdir. Məhkəmədən ona alimentin ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment tutulub X1 verilməlidir. İş materiallarına əlavə edilən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs məcburi qaydada şöbəyə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədi üzrə borcu 1700 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə və axtarış qərarları qəbul edilmişdir. Bununla da, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan icra etməməsini, icra məmurunun çağırışlarından yayınmasını, ayda orta hesabla 300-400 manat gəlir əldə etməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 11:00 radələrində polis əməkdaşları tərəfindən Xəzər rayon İcra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-117/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-117/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver