Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1171/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin sədri X1 iştirakları ilə Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 iyul 2022-ci il tarixli protokola əsasən Təhsil İşçiləri Azad X4 rayon Komitəsinə məxsus «Hyundai Accent» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bununla da, Təhsil İşçiləri Azad X4 rayon Komitəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X5 bildirdi ki, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinə məxsus «Hyundai Accent» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulduğu üçün hüquqi şəxsin onların sistemində olan Mərdəkan ŞTQ Şərq (Mərdəkan qəsəbəsi) ev 29 ünvanına bildiriş göndərilərək nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Lakin Təhsil İşçiləri Azad X4 rayon Komitəsi nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatı sorğu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bundan başqa 09 iyul 2022-ci il tarixdə həmin avtomobilin sürücüsü tərəfindən yeni qayda pozuntusu törədildiyi üçün avtomobili saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin sədri X3 bildirdi ki, 12 ildir ki, komitənin sədri vəzifəsində işləyir. «Hyundai Accent» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onlara məxsusdur. Onlara həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi ilə bağlı bildiriş gəlməmişdir, bildiriş gəlsə məlumat verərdilər.Bundan başqa onların ünvanı Mərdəkan ŞTQ Şərq (Mərdəkan qəsəbəsi) ev 29 ünvanda yox, Səməd Vurğun küçəsində yerləşir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin mülkiyyətində olan «Hyundai Accent» minik markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyun 2022-ci il tarixdə, saat 06:02-də Xətai rayonu, Y.Səfərov küçəsi «Azəriqaz» SC-nin qarşısı Heydər Əliyev prospekti istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 28 km/saat həddində aşmışdır. Bununla da, Təhsil İşçiləri Azad X4 rayon Komitəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törənmişdir. Ona görə də, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin Mərdəkan ŞTQ, Şərq (Mərdəkan qəsəbəsi) ev 29 ünvanına xəbərdarlıq ünvanlanaraq xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəhttps://eqanun.az/framework/46960 vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmədə müəyyən olundu ki, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin mülkiyyətində olan «Hyundai Accent» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyun 2022-ci il tarixdə, saat 06:02-də Xətai rayonu, Y.Səfərov küçəsi «Azəriqaz» SC-nin qarşısı Heydər Əliyev prospekti istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 28 km/saat həddində aşmışdır. Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin Mərdəkan ŞTQ, Şərq (Mərdəkan qəsəbəsi) ev 29 ünvanına xəbərdarlıq ünvanlanaraq xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunsa da, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin ünvanı Səməd Vurğun küçəsində yerləşdiyindən onlar Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin sorğusunu almamışlar. Buna görə də, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verə bilməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1171/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1171/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver